
- A-
- A
- A+
Bakı-Tbilisi-Ankara sürət qatarı fəaliyyətə BAŞLAYA BİLƏR
“Bakı-Tbilisi-Ankara” marşrutu üzrə sürətli sərnişin qatarının fəaliyyətə başlaması reallaşdırıla bilər.
Bizim.Media xəbər verir ki, bunu ”apa.az”a “Azərbaycan Dəmir Yolları’’(ADY) Qapalı Səhmdar Cəmiyyətinin Sərnişindaşıma departamentinin icraçı rəhbəri Azər Fərəcov bildirib.
Onun sözlərinə görə, qatar “Stadler Rail Group” şirkətinin istehsalı olan yataq tipli sərnişin vaqonlarından ibarət ola bilər.
“Post-pandemiya tədbirlər paketimizin bir hissəsi olaraq, dövlətlərarası quru sərhədlər açıldığı halda “Stadler Rail Group” şirkətinin istehsalı olan yataq tipli sərnişin vaqonlarından ibarət “Bakı-Tbilisi-Ankara” marşrutu üzrə sürətli sərnişin qatarının fəaliyyətə başlaması da reallaşdırıla bilər”, - Azər Fərəcov qeyd edib.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































