On mindən çox vakant yer MİQ-ə təqdim edilib

On mindən çox vakant yer MİQ-ə təqdim edilib

Hazırda oxunan: On mindən çox vakant yer MİQ-ə təqdim edilib

149354

Təhsil İnstitutu nəzdində İnsan Resursları Mərkəzi müəllimlərin işə qəbulu üzrə müsabiqədə son iki ildə vakant yerlərə yerləşdirilməyə dair müqayisəli statistikanı açıqlayıb. 

Mərkəzdən Bizim.Media-ya bildirilib ki, ötən il müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsində olduğu kimi, cari ildə də Azərbaycan bölməsi üzrə Azərbaycan dili və ədəbiyyat, coğrafiya, fransız dili, ibtidai sinif, tarix və texnologiya fənlərindən müsabiqəyə təqdim olunmuş bütün vakansiyalar namizədlər tərəfindən tutulub.  

Azərbaycan dili, alman dili, fiziki tərbiyə, informatika, kimya, musiqi, rus dili və ədəbiyyatı, təsviri incəsənət fənlərində həm Azərbaycan, həm də rus bölməsi üzrə vakant yerləri tutmuş namizədlərin sayı ötən illə müqayisədə artıb. 
Qeyd edək ki, bu il Azərbaycan və rus bölməsi üzrə ümumilikdə 10 mindən artıq vakant yer müəllimlərin işə qəbulu üzrə müsabiqəyə təqdim edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO