10 gün əvvəl itkin düşən çobanın meyiti TAPILDI - FOTO 

10 gün əvvəl itkin düşən çobanın meyiti TAPILDI - FOTO 

Hazırda oxunan: 10 gün əvvəl itkin düşən çobanın meyiti TAPILDI - FOTO 

149229

Qaxda çobanla yaylağa gedən zaman itkin düşən 30 yaşlı Rəhmanın meyiti bu gün yerli sakinlər tərəfindən tapılsa da onu təxliyə etmək mümkün olmayıb.  

Bu barədə Bizim.Media-nın yerıi bürosuna Qax rayonu İlisu kənd İcra nümayəndəsi Həşim Həsənov məlumat verib.  

İcra nümayəndəsi bildirib ki, Rəhman Kamallı 10 gün əvvəl Qax rayonu Sarıbaş kənd inzibati ərazisinin yaxınlığında yüksək və çətin relyefli Alagöz dağının yaylağında itkin düşüb.

İlk gündən başlayaraq hər gün 30-40 nəfər yerli sakin R. Kamallının tapılması üçün dağlara gedib, onu axtarıb.  

30 yaşlı Rəhman Kamallının meyiti bu gün axşam saat 18 radələrində İlisudan Sarıbaş kəndinə gedən yolun üstündə, Dağküsən dağı ərazisində, sıldrırım qayalıqda tapılıb. Ehtimal edilir ki, Rəhman məhz həmin istiqamətdə İlisu kəndinə gəlmək istəyib və elə oradaca itkin düşüb. Daha sonra o hansısa şəraitdə sıldırım qayalığa yuvarlanaraq ölüb. 
Rəhman Kamallının meyitini düşürmək üçün əraziyə İlisu kənd sakinləri, mərhumun yaxınları və müvafiq qrum nümayəndələri getsə də bu mümkün olmayıb. Belə qərara alınıb ki, sabah əraziyə, meyitin təxliyəsi üçün Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və helikopteri göndəriləcək.  

Qeyd edək ki, Rəhman Kamallı iyulun 23-ü günorta saatlarında rayonun Sarıbaş kənd sakini olan Ramazan adlı çobanla Alagöz dağındakı yaylağa gedərkən itkin düşüb.

İyulun 24-dən onun axtarışlarına Fövqaladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri, DİN-in Qax rayon Polis Şöbəsinin əməkdaşları və ərazini yaxşı bilən İlisu, Ağçay və Sarıbaş kənd sakinləri qoşulmuşdu.  








Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO