Mixail Qusmandan Şuşa Qlobal Media Forumu ilə bağlı AÇIQLAMA 

Mixail Qusmandan Şuşa Qlobal Media Forumu ilə bağlı AÇIQLAMA 

Hazırda oxunan: Mixail Qusmandan Şuşa Qlobal Media Forumu ilə bağlı AÇIQLAMA 

148396

“Qlobal Media Forumu 50-yə yaxın ölkədən görkəmli və tanınmış jurnalistləri Şuşada birləşdirən böyük forumdur ki, bu da özlüyündə media məkanında nəzərə çarpan və əlamətdar hadisədir. Bu forum müxtəlif medianı təmsil edən peşəkarları bir araya gətirdi. Bundan əlavə, Şuşaya forum üçün politoloqlar, media idarəçiliyi ilə məşğul olan şəxslər gəlib. Beləliklə, forumun tərkibi çox təmsilçi idi. Və ən vacib məqam Azərbaycan Prezidenti İlham Əliyevlə forum iştirakçıları arasında maraqlı, dərin müzakirələrin olması idi”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri Şuşada “4-cü sənaye inqilabı dövründə yeni media” qlobal media forumunun iştirakçısı TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman “Moskva-Bakı” portalına müsahibəsində səsləndirib. 

O bildirib ki, Azərbaycan Prezidenti Forumda açılış nitqindən daha çox jurnalistlərin çoxsaylı suallarına cavab verməyə üstünlük verdi: 

“Həqiqətən də üç saatlıq görüşdə Prezident beynəlxalq həyatın müxtəlif aspektlərinə aid bir çox vacib suallara cavab verə bildi. Təbii ki, Azərbaycana aid olan məsələlər, Rusiya ilə Azərbaycan arasında əlaqələrin inkişafı məsələləri, Qarabağ probleminin nizamlanması məsələləri, Qoşulmama Hərəkatının inkişafına diqqət tələb edən məsələlərə aid suallar daha çox idi.  

Deməliyəm ki, İlham Əliyevin cavabları səlis, ətraflı, obyektiv və səmimi idi. Təsadüfi deyil ki, forumdan sonra dünyanın aparıcı media nümayəndələri öz məqalələrində Azərbaycan prezidentinin cavablarından sitat gətirirlər. Və bu da forumun necə böyük əhəmiyyətə malik olmasının göstəricisidir. Bu, forum sonrakı günlərində dərin söhbət və müzakirələr üçün çox mühüm imkanlar açdı”.  

Qusman qeyd edib ki, bir neçə ildir Qoşulmama Hərəkatına rəhbərlik edən Azərbaycanın təşəbbüsü ilə, QH-də indiyə qədər mövcud olmayan bir neçə müxtəlif formatlar meydana çıxdı.  

“Bu, Qoşulmama Hərəkatının parlament formatı, qadınlar forumu, gənclər forumu və digər məsələlərdir. Və bunlar böyük əks-səda doğurdu. Azərbaycanın sədrliyi ilə Qoşulmama Hərəkatı yeni, çox güclü və böyük nüfuz qazandı. Və mənə elə gəldi ki, bu Hərəkatı media əməkdaşlığı formatı ilə doldursaq, bu Hərəkat üçün çox faydalı ola bilər.
Mən Qoşulmama Hərəkatı ölkələrinin media məkanının aparıcı mütəxəssislərinin dəvəti ilə Qoşulmama Hərəkatı ölkələrinin informasiya agentlikləri rəhbərlərinin birinci qurultayının keçirilməsini təklif etdim. Və mənə elə gəldi ki, Azərbaycan Prezidenti bu Hərəkatın hazırkı lideri kimi mənim təklifimi dəstəklədi”. 

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO