Orduda növbəti ixtisas hazırlığı kursu başa ÇATDI - FOTO/VİDEO 

Orduda növbəti ixtisas hazırlığı kursu başa ÇATDI - FOTO/VİDEO 

Hazırda oxunan: Orduda növbəti ixtisas hazırlığı kursu başa ÇATDI - FOTO/VİDEO 

148175

Əlahiddə Ümumqoşun Orduda gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kurslarının uğurla başa çatması münasibətilə buraxılış mərasimi keçirilib. 

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib. 

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, eləcə də Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. 
Mərasimdə çıxış edənlər kurslar zamanı keçirilən dərs və məşğələlərin əhəmiyyətindən danışıb və məzunları təbrik ediblər. 

Əlahiddə Ümumqoşun Ordu Komandanının müavini general-mayor Məhəmməd Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən Müharibəsindən sonra da ordu quruculuğunun və onun döyüş hazırlığı səviyyəsinin daha da yüksəldilməsi üçün mühüm islahatların aparıldığını diqqətə çatdırıb. 

Bildirilib ki, ordumuzun peşəkar hərbi qulluqçularla təmin olunması da əsas məsələlərdəndir. Bunun üçün Əlahiddə Ümumqoşun Orduda keçirilən ixtisas hazırlığı kurslarına xüsusi diqqət yetirilir, kursları bitirən gənclərimiz dərs və məşğələlər zamanı qazandıqları təcrübəni, nəzəri və praktiki bilikləri xidmət yerlərində qarşıya qoyulan tapşırıqların icrasında uğurla istifadə edirlər. 

Çıxışların ardından məzunlara sertifikat və hədiyyələr təqdim edilib. Kurs birinciləri xatirə lövhələrinə buraxılış emblemlərini vurduqdan sonra tribuna önündən təntənəli keçid olub. 

Sonda xatirə şəkli çəkdirilib. 
 









Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO