Naxçıvanda bu qurumun əməkdaşları işdən ÇIXARILDI  

Hazırda oxunan: Naxçıvanda bu qurumun əməkdaşları işdən ÇIXARILDI  

147711

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən əhaliyə yüksək səviyyəli tibbi xidmət göstərmək və səhiyyənin inkişafı istiqamətində davamlı islahatlar aparılmaqdadır. Həmin islahatlar içərisində qanun pozuntusuna yol vermiş tibb işçiləri haqqında qanunauyğun olaraq tədbirlərin aparılması davam edir. 

Nazirlikdən Bizim.Media-ya verilən xəbərə görə, son zamanlar muxtar respublika səhiyyə sistemində bir sıra qanun pozuntuları aşkarlanıb.

Mövcud qanun pozuntularına yol vermiş vəzifəli şəxslərin əməlinə hüquqi qiymət verilməsi məqsədilə bir sıra sənədlər araşdırılaraq əsaslı faktlarla birlikdə Naxçıvan Muxtar Respublika Prokurorluğuna göndərilib. 
Növbəti islahata uyğun olaraq Naxçıvan Muxtar Respublikası Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyində Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşları tərəfindən yoxlamalar aparılıb və bir çox qanun pozuntuları aşkar edilib.

Aparılan araşdırmaya əsasən məlum olub ki, Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin kompüter operatoru Birliyin digər bir qrup işçisi ilə birgə müəssisədə müəyyən maraqlar əsasında müəssisənin normal iş rejimini pozub, təsirində saxladığı şəxslərlə birlikdə Birliyin həkim və digər işçilərinə qarşı fiziki, psixoloji təzyiqlər göstərərək cinayət xarakterli əməllərə yol verib. 

Həmin işçilərin cinayət xarakterli əməllərinə hüquqi qiymət verilməsi üçün aidiyyəti sənədlər Naxçıvan Muxtar Respublikası Prokurorluğuna göndərilib. 

Bütün bu faktlar nəzərə alınaraq, Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini müvəqqəti icra edən Samiq Sadıxovun müvafiq əmri ilə sözügedən şəxslər tutduğu vəzifədən azad edilib. 
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən bundan sonra da əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin artırılması məqsədilə muxtar respublika səhiyyəsində nöqsanlara yol verən şəxslərə qarşı sərt tədbirlərin görülməsi davam etdiriləcək, qanunazidd əməllər törədənlərin hüquqi qiyməti veriləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO