Siyəzəndə dənizdə batan yeniyetmələrin axtarışları davam ETDİRİLİR – FOTO  

Hazırda oxunan: Siyəzəndə dənizdə batan yeniyetmələrin axtarışları davam ETDİRİLİR – FOTO  

147708

Fövqəladə Hallar Nazirliyinin dalğıc-axtarış qrupu Xəzər dənizinin Siyəzən rayonunun Zarat kəndi ərazisindən keçən hissəsində dənizdə batan iki yeniyetmənin axtarışlarını davam etdirir. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, səhər saatlarından başlanan 16 yaşlı Mehdi Manafovun və 17 yaşlı Rəvan Bəşirovun axtarışları bu dəqiqəyəcən nəticə verməyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Siyəzəndə batan gənclərin kimliyi bəlli oldu - ÖZƏL - FOTO 


Meyiti tapılan 15 yaşlı Nemət Əhmədov isə artıq Zarat kənd qəbiristanlığında dəfn edilib.

Nemət Əhmədovun valideynləri əslən Zarat kəndindəndir, ailə Bakıda yaşayır. Nemət bu il Bakı məktəblərinin birində 9-cu sinfi bitirib 10-cu sinfə keçmişdi. 


Aytəkin Alxaslı,Bizim.Media,Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO