Yay aylarında DYP əməkdaşları tərəfindən sərxoş sürücülərə qarşı reydlərin müntəzəm surətdə həyata keçirildiyinə şahid olmaqdayıq. Maraqlıdır, yol polisi əməkdaşı hansı halda reyd keçirə bilər? Qanun hər hansı yol patrul əməkdaşı və ya əməkdaşlarının istədikləri zaman istədikləri məkanda reyd təşkil etməsinə icazə verirmi?
Bununla bağlı Moderator.az-a açıqlama verən Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr
şöbəsinin rəisi, polis polkovniki Kamran
Əliyev reydlərin keçirilməsi üçün rəhbərlik
tərəfindən plan-tapşırığın olmasının vacibliyini vurğulayıb:
“Reyd o halda
keçirilir ki, bununla bağlı müvafiq plan-tapşırıq olur. Yol polisi rəhbərinin və
yaxud ərazi polis şöbəsinin rəhbərinin tərtib etdiyi plan-tapşırıq əsasında müəyyən
vaxtlarda müəyyən ərazilərdə reydlər keçirilə bilər. Bunlar təhlükəsizliyin təmin
olunması, sərxoş vəziyyətdə avtomobil idarə edən sürücülərin aşkarlanmasına
xidmət edən reydlərdir. Bu reydlər zamanı bir sıra digər inzibati xətaların
aşkarlanması və bununla bağlı müvafiq tədbirlərin görülməsi də mümkündür. Reydlərin
hansısa ayrı-ayrı inspektorlar tərəfindən təkbaşına keçirilməsinə yol verilmir.
Reydlər adətən bir neçə patrul naryadı, əməkdaşı tərəfindən plan-tapşırıq əsasında
həyata keçirilir”x9d.
Seymur Əliyev





































































































