Yeni Klinikaya yeni direktor müavinləri təyin OLUNDU

Yeni Klinikaya yeni direktor müavinləri təyin OLUNDU

Hazırda oxunan: Yeni Klinikaya yeni direktor müavinləri təyin OLUNDU
146761
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov tərəfindən TƏBİB tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın direktoru Barat Yusubov və direktor müavinləri - Somatika və insult mərkəzinin rəhbəri Pərvin Əkbərov, Cərrahiyyə və transplantasiya mərkəzinin rəhbəri Eldar Əhmədov kollektivə təqdim olunub.

Bu barədə Bizim.Media-ya TƏBİB-in Mətbuat Xidmətindən məlumat verilib.

Təqdimetmə mərasimində çıxış edən V.Qurbanov Barat Yusubovun, Pərvin Əkbərovun, eləcə də Eldar Əhmədovun səhiyyə sahəsində uzunmüddətli, səmərəli fəaliyyət göstərdiyini vurğulayıb.

O, yeni təyinatların Yeni Klinikanın müasir tələblərə daha da uyğun olaraq inkişaf etdirilməsində mühüm əhəmiyyət kəsb edəcəyinə inandığını bildirib.

“Qafqazın ən böyük tibb müəssisəsi olan Yeni Klinikada daha geniş spektrli tibbi fəaliyyət nəzərdə tutulub, qısa müddətdə burada çoxprofilli mərkəzlər yaradılaraq əhalinin istifadəsinə veriləcək”.
İcraçı direktor TƏBİB-in tabeliyindəki tibb müəssisələrində xidmət keyfiyyətinin yüksəldilməsinin, strukturun və idarəetmənin təkmilləşdirilməsinin bundan sonra da davam etdiriləcəyini qeyd edib.

Yeni Klinikaya yeni direktor müavinləri təyin OLUNDU - foto 1
Yeni Klinikaya yeni direktor müavinləri təyin OLUNDU - foto 2
Yeni Klinikaya yeni direktor müavinləri təyin OLUNDU - foto 3
Yeni Klinikaya yeni direktor müavinləri təyin OLUNDU - foto 4
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO