Şahdağa qar YAĞIB - FAKTİKİ HAVA 

Şahdağa qar YAĞIB - FAKTİKİ HAVA 

Hazırda oxunan: Şahdağa qar YAĞIB - FAKTİKİ HAVA 
146602
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Milli Hidrometeorologiya Xidmətinin iyulun 17-si saat 11:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclü keçib. 

Xidmətdən Bizim.Media-ya verilən xəbərə görə, iyulun 17-si gecə saatlarında Şahdağın 2800 metr yüksəkliklərinə qar yağıb. 

Düşən yağıntının miqdarı Oğuzda 34 mm (aylıq normanın 51%-i), Lənkəranda 31 mm (aylıq normanın 223%-i), Xaltanda 30 mm (aylıq normanın 53%-i), Qrızda 26 mm (aylıq normanın 46%-i), Astarada 24 mm (aylıq normanın 72%-i), Qusarda 21 mm (aylıq normanın 70%-i), Qəbələdə 20 mm (aylıq normanın 27%-i), Qaxda 17 mm, Altıağacda 18 mm, Beyləqanda 15 mm (aylıq normanın 154%-i), Qobustanda 15 mm (aylıq normanın 92%-i), Şahdağda 19 mm (aylıq normanın 64%-i), Lerik, İmişlidə 9 mm, Ağdam, Göyçay, Sabirabad, Şabran, Yardımlı, Zərdab, Xaçmaz, Şamaxı, Quba, İsmayıllı, Şəki, Ordubad, Daşkəsən, Gədəbəy, Gəncə, Zaqatala, Tərtər, Yevlax, Kürdəmir, Biləsuvarda 8 mm-dək, Bakıda və Abşeron yarımadasında 5 mm-dək (aylıq normanın iki misli qədər) olub. 

Şimal-qərb küləyi arabir Gəncə, Neftçalada 20 m/s, Ceyrançöldə 17 m/s, Bakıda və Abşeron yarımadasında 18 m/s-dək güclənib. 

Neft daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3 metrə çatıb. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO