Hacı Nuran yüksək vəzifəyə təyin OLUNDU  

Hacı Nuran yüksək vəzifəyə təyin OLUNDU  

Hazırda oxunan: Hacı Nuran yüksək vəzifəyə təyin OLUNDU  
146374
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanın tanınmış aparıcısı Hacı Nurana yüksək vəzifə verilib. Teleaparıcı “Xarıbülbül-Şuşa” voleybol klubunun prezidenti seçilib.

Bizim.Media xəbər verir ki, bu barədə o, özünün sosial media hesabında məlumat verib. 

“Bu gün bu ali missiya mənə həvalə olundu. Olduqca gözlənilməz qərar idi. Qürurluyam və sevincliyəm. Etimadı doğrultmaq üçün əlimdən gələni etməyə çalışacağam. Əminəm ki, bundan sonra «Xarıbülbül» adına olan voleybol klubunun sorağı bütün dünyanın arenalarından gələcək. Etimad və güvən hər bir insan üçün vacibdir. Demək ki, gördüyün işlər, çəkdiyin zəhmət əbəs deyilmiş. Bu dəqiqələrdə həyatımın ən böyük etimadlarından biri ilə qarşılaşdım. “Xarıbülbül- Şuşa” voleybol klubunun prezidenti seçildim.  Olduqca gözlənilməz, amma xoş bir təklif oldu. Qəbul etdim. Vətənimin dilbər guşələrindən olan doğma Qarabağımızın simvolu olan Xarıbülbül adına bir komandanın prezidenti olmaq mənim üçün ancaq qürurvericidir”. 

Hacı Nuran paylaşımında onu da əlavə edib ki, peşəkar voleybolçulardan ibarət klubun yaradılmasında əsas məqsəd Şuşanın əzəli Azərbaycan torpağı olduğunu bir daha dünyaya nümayiş etdirməkdir:
“Komandanın hədəfi Vətən müharibəsinin simvoluna çevrilmiş xarıbülbülü beynəlxalq arenada tanıtmaq, daşıdığı formanı layiqincə təmsil etmək, bu adın dünya idmanında geniş yayılmasına töhfə verməkdir.  Kifayət qədər təcrübəli, eləcə də gənc voleybolçulardan təşkil olunan komanda ötən il Macarıstanda keçirilən təlim-məşq toplanışında iştirak edib və yoxlama oyunlarında qələbə qazanıb”. 

Qeyd edək ki, klubun təsisçisi beynəlxalq idman agenti, “IL'AZERO”nun sahibi İlqar Tofiq oğlu İmamquliyevdir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO