Restavrasiyası müzakirələrə səbəb olan Zindan qalası ilə bağlı TARİXİ SƏNƏDLƏR – FOTO 

Restavrasiyası müzakirələrə səbəb olan Zindan qalası ilə bağlı TARİXİ SƏNƏDLƏR – FOTO 

Hazırda oxunan: Restavrasiyası müzakirələrə səbəb olan Zindan qalası ilə bağlı TARİXİ SƏNƏDLƏR – FOTO 

146259

Son günlər sosial şəbəkələrdə ən çox müzakirə edilən məsələlərdən biri də Lənkəran şəhərində yerləşən Dairəvi qalanın (Zindan qala) uçan damına dəmir şifer vurulmasıdır. 350 yaşı olan tarixi abidəyə bu cür yanaşma təbii ki, hər kəsinin narazılığına səbəb olub. 

Təsadüfi deyil ki, məsələ sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. Hər kəs tarixi tikilinin damına dəmir şiferin vurulmasını sərt tənqid edib.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyindən Bizim.Media-ya bildirildi ki, bir neçə il öncə Lənkəran şəhərində yerləşən Dairəvi qalanın (Zindan qala) dam örtüyünün çökməsi nəticəsində abidə qəzalı vəziyyətə düşüb:

“Hazırda daxili imkanlar hesabına qalanın ətrafında və içərisində təmizlik, abadlıq işləri görülür, qalanın mühafizəsi istiqamətində zəruri tədbirlər həyata keçirilir. Həmçinin aparılacaq bərpa işlərinin başlanılmasına qədər tarixi tikilinin təbii təsirlərdən, yağıntılardan qorunması məqsədilə qalanın damı müvəqqəti örtüklə əvəz olunub”.

Mövzu ilə bağlı tanınmış memar Cahid Həsənov isə əslən Lənkərandan olduğu üçün abidə haqqında məlumatlı olduğunu bildirib.

“Ali məktəbdə elmi rəhbərim olan akademik Şamil Fətullayev  Sankt-Peterburqun hərbi arxivindən Dairəvi Qalaya aid əldə etdiyi qiymətli sənədləri 1998-ci ildə mənə verdi. Dedi ki, gələcəkdə qalanın restavrasiya və bərpası zaman bu sənədlər çox işə yaraya bilər. Bu sənədlər arasında Qalanın ilk təsdiq olunmuş eskiz layihələri var. 

Məhz bu eskizlərlə Qalanı yüksək səviyyədə restavrasiya etmək olar. Mən sənədləri təmənnasız müvafiq qurumlara təqdim etməyə hazıram. Təki tarixi abidəmiz olduğu kimi bərpa olunsun. Hətta bir neçə ay əvvəl bununla bağlı Mədəniyyət Nazirliyinə məktub da göndərdim. Lakin, aradan xeyli müddət keçsə də Nazirlikdən hansısa reaksiya yoxdur”.








Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO