“Baku City Residence” ilkə imza atdı: “yaşıl iqtisadiyyat”a dəstək - FOTO/VİDEO

“Baku City Residence” ilkə imza atdı: “yaşıl iqtisadiyyat”a dəstək - FOTO/VİDEO

Hazırda oxunan: “Baku City Residence” ilkə imza atdı: “yaşıl iqtisadiyyat”a dəstək - FOTO/VİDEO
145995
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Eko-dost mövqeyi ilə seçilən “Baku City Residence” daşınmaz əmlak brendi yaşayış komplekslərinin ərazisində ekoloji təmiz mühitin yaradılması, eləcə də kompleksin sakinləri arasında “yaşıl avtomobillər”dən istifadə ənənəsinin artırılması məqsədilə Avropanın enerji infrastrukturu - “VoltUp” şirkəti ilə əməkdaşlıq memorandumu imzaladı.

Memorandum çərçivəsində “Baku City Residence”-in bütün yaşayış komplekslərində “VoltUp” şirkətinin dəstəyi ilə elektrikli avtomobillər üçün ən müasir və innovativ şarj avadanlıqları, eləcə də enerjidoldurma məntəqələri quraşdırılacaq.

“Baku City Residence” ilkə imza atdı: “yaşıl iqtisadiyyat”a dəstək - FOTO/VİDEO - foto 4

Kommersiya fəaliyyətində ekoloji prinsiplərə sadiqliyinə “yaşıl işıq” yandıran “Baku City Residence” brendinin sakinləri üçün müasir texnoloji avadanlıqların qurulması ödənişsiz olacaq.

Ənənəvi dayanacaq ilə yanaşı, elektromobillər üçün ağıllı parkinq sisteminin yaradılması həm kompleksin sakinlərini əlavə xərclərdən və qayğılardan azad edəcək, həm də ölkənin “yaşıl iqtisadiyyatı”na dəstək olacaq.

Qeyd edək ki, elektrikli avtomobil istifadəsini təşviq edən, eləcə də iqlim dəyişikliyinə diqqət çəkməyə çalışan “Baku City Residence” şirkəti “yaşıl enerji” imkanlarını yaxın gələcəkdə hər kəsə əlçatan etməklə, Azərbaycanda bu sahənin liderinə çevrilməyi hədəfləyir.

“Baku City Residence” ilkə imza atdı: “yaşıl iqtisadiyyat”a dəstək - FOTO/VİDEO - foto 5

“Baku City Residence” Azərbaycan daşınmaz əmlak bazarında özünəməxsus yerə və zəngin təcrübəyə malik olan bir brendidir. Müasirliyi və komfortu özündə birləşdirən “Baku City Residence”, müştərilər üçün ehtiyac duyulan xidmətləri vahid məkanda əlçatan edir.

Qeyd edək ki, “Baku City Residence” qısa müddət ərzində düşünülmüş rahatlığı ilə seçilən “Baku City Residence Olimpik”, “Baku City Residence Khatai”, “Bayıl Bay”, “Yacht Club” kimi layihələrə imza atıb.

“VoltUp” Avropanın elektrikli avtomobillərin doldurulması və idarə edilməsi üzrə ixtisaslaşmış, texnoloji həllərin ilk müstəqil təminatçısıdır.

Şirkət müştəriləri üçün gündəlik rahatlığı innovasiyalarla birləşdirməklə yeni biznes modelləri təqdim edir. Hər kəsi birlikdə yeni inkişaf imkanları yaratmağa dəvət edən “VoltUp”, müştəriləri və tərəfdaşları yaşıl enerjiyə yönəlik fəaliyyətlərə töhfə verir. 
 


 

“Baku City Residence” ilkə imza atdı: “yaşıl iqtisadiyyat”a dəstək - FOTO/VİDEO - foto 6

“Baku City Residence” ilkə imza atdı: “yaşıl iqtisadiyyat”a dəstək - FOTO/VİDEO - foto 1
“Baku City Residence” ilkə imza atdı: “yaşıl iqtisadiyyat”a dəstək - FOTO/VİDEO - foto 2
“Baku City Residence” ilkə imza atdı: “yaşıl iqtisadiyyat”a dəstək - FOTO/VİDEO - foto 3

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO