Novxanıda adı “Qırmızı kitaba” salınmış heyvanları acınacaqlı durumda saxlayırlar - ŞİKAYƏT 

Novxanıda adı “Qırmızı kitaba” salınmış heyvanları acınacaqlı durumda saxlayırlar - ŞİKAYƏT 

Hazırda oxunan: Novxanıda adı “Qırmızı kitaba” salınmış heyvanları acınacaqlı durumda saxlayırlar - ŞİKAYƏT 
145615
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İstirahət mərkəzində adı “Qırmızı kitaba” salınmış heyvanlar acınacaqlı durumda saxlanılırlar. 

Bizim.Media "oxu.az"a istinadən xəbər verir ki, bununla bağlı sakinlər məlumat veriblər. 

Şikayətçilərin sözlərinə görə, Abşeron rayonu Novxanı kəndində yerləşən “AF Hotel&AquaPark” adlı müəssisənin ərazisində qəfəslərdə adı “Qırmızı kitab”a daxil edilmiş heyvanlar qanunsuz saxlanılır.

Qeyd edilib ki, istirahət mərkəzindəki iki ceyran və bir ceyran balası, vəhşi quşlar baxımsız, şəraitsiz vəziyyətdədirlər.

“Ceyranlardan biri hasarın üstündən tullanmağa çalışarkən sinəsindən zədə alıb, digərinin isə buynuzları qırılıb. Bütün heyvanlar acınacaqlı vəziyyətdədir və kiçik bir binada saxlanılırlar. Bu heyvanlarla bərabər hotel ərazisində vəhşi quşlar da var.
Hətta quşlardan biri baxımsızlıqdan xəstələnib. Xahiş edirik, heyvanları ən qısa zamanda azad etsinlər, onları yerli qoruqlardan birinə buraxsınlar. Sağlamlıqları üçün ciddi təhlükə var”, - deyə, sakinlər vurğulayıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO