Yay ayları olsa da Bakıda KİRAYƏ EV PROBLEMİ VAR - VİDEO

Yay ayları olsa da Bakıda KİRAYƏ EV PROBLEMİ VAR - VİDEO

Hazırda oxunan: Yay ayları olsa da Bakıda KİRAYƏ EV PROBLEMİ VAR - VİDEO
145410
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Yay ayları olsa da, Bakıda hələ də kirayə mənzil problemi var. Fəslin adətən bu aylarında tələbələr rayonlara üz tutduqlarından, həmçinin insanlar bağlara və digər bölgələrə getdiklərindən kirayə evləri çoxalırdı.

Bizim.Media xəbər verir ki, bu il isə tam əksi baş verib. Ev alqı-satqısı və kirayəsi ilə məşğul olanlar bildirirlər ki, yay ayları olsa da, bazara kirayə evləri təklif edilmir.

Nərimanov rayonunda fəaliyyət göstərən reiltor Rüfət Məmmədov deyir ki, xüsusilə bu rayonda köhnə tikililərdə kirayə üçün nəzərdə tutulan ev yox səviyyəsindədir. Üstəlik Rusiya-Ukrayna müharibəsi ilə əlaqədər olaraq həmin ölkələrdən gələn həmvətənlərimizin sayının artması da bazara öz təsirini göstərib.

Əmlakçı Ülvü Əliyev isə bildirir ki, nəinki Nərimanov, digər mərkəzi hissələrdə də kirayə mənzil tapmaq müşkül məsələdir.

Köhnə binalarda 2 otaqlı kirayə mənzillərin qiyməti 500 manatdan başlayır. Təzə binalarda isə kirayə evlər olduqca bahadır.

Əmlakçılar bildirirlər ki, nisbətən mərkəzdən kənar ərazilərdə kirayə mənzillər tapmaq mümkündür. Bununla belə həmin ərazilərdə olan kirayə evlər də ucuz deyil.

Mövzu ilə bağlı daha ətraflı videomaterialda:
 



Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO