Xaçmaz-Quba yolundakı böyük tıxacın səbəbi AÇIQLANDI - FOTO

Xaçmaz-Quba yolundakı böyük tıxacın səbəbi AÇIQLANDI - FOTO

Hazırda oxunan: Xaçmaz-Quba yolundakı böyük tıxacın səbəbi AÇIQLANDI - FOTO

145058

Bu gün səhər Xaçmaz-Quba yolunun 4-cü km-də tıxac yaranıb.

Bizim.Media-nın bölgə müxbiri xəbər verir ki, tıxac Xaçmazın Yergüc kəndindən keçən hissəsində baş verib.

Buna səbəb yük atomobilinin yolun hərəkət zolağında dayanaraq yolun bağlamasıdır.

Qeyd edək ki, bu zolaqdan ödənişli iki yol və ortasından ödənişsiz olan Quba-Xaçmaz yolu keçir. 
Xaçmaz-Quba yolunun bu hissəsi Bakı-Rusiya sərhədi yolunun inşası zamanı dar tikilib. Bu da sürücülərin narazılığı ilə müşayiət olunur.

Bildirirlər ki, yolun bu hissəsində ağır tonnajlı maşın və kənd təsərrüfatı texnukası keçəndə ilişib qalır və tıxac yaranır.

Azərbaycan Avtomobil Yolları  Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli Bizim.Media-ya məlumat verdi ki, qeyd olunan ərazidə iki tərəfli hərəkət zolağı təmin olunub və hərəkət zolaqları beynəlxalq standartlara tam uyuğundur.












Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO