Balakəndə tarixi abidə tarixə qovuşmaq ÜZRƏDİR – FOTO 

Balakəndə tarixi abidə tarixə qovuşmaq ÜZRƏDİR – FOTO 

Hazırda oxunan: Balakəndə tarixi abidə tarixə qovuşmaq ÜZRƏDİR – FOTO 
145045
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rayonun Tülü kəndində yerləşən və əvvəllər türbə olduğu güman edilən tarixi abidədə 2017-ci ildən 2021-ci ilə qədər elmi-tədqiqat işləri aparılıb. 

Bizim.Media-nın yerli bürosuna bu barədə tarixi abidənin yerləşdiyi həyətin sahibi Elşad Dabaxov məlumat verib. 

Bildirilib ki, XIV əsr memarlıq abidəsi olan Tülü məbədi Elşad Dabaxovun həyətində yerləşir. Onun bu barədə rəsmən torpaq sənədi də var. Təəssüf ki, torpaq sənədində tarixi abidə haqda heç bir qeyd yoxdur. 

Abidənin yerləşdiyi həyətin sahibinin sözlərinə görə, qazıntıların aparıldığı hissələr zaman-zaman yağış suları ilə dolur. 

“Abidə qorunmasa, 1-2 ilə məhv olub gedəcək. Aidiyyəti qurumlara dəfələrlə müraciət etsəm də, baxan yoxdur”, – deyə o qeyd edib. 

Abidədə aparılan araşdırmalar əsasında bir neçə mədəni dövrü özündə əks etdirən maddi-mədəni nümunələr aşkarlanıb ki, bu da həmin abidənin Alban məbədi olduğu faktını ortaya qoyub. 
Məsələ ilə əlaqədar Mədəniyyət nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib ki, ölkə ərazisindəki bütün tarixi abidələrdə monitorinqlər aparılır. Onların faktiki durumu və texniki vəziyyəti öyrənilir. Monitorinqlərin nəticəsi olaraq bu abidələr haqda tədbir görüləcək. 

Balakəndə tarixi abidə tarixə qovuşmaq ÜZRƏDİR – FOTO  - foto 1
Balakəndə tarixi abidə tarixə qovuşmaq ÜZRƏDİR – FOTO  - foto 2
Balakəndə tarixi abidə tarixə qovuşmaq ÜZRƏDİR – FOTO  - foto 3
Balakəndə tarixi abidə tarixə qovuşmaq ÜZRƏDİR – FOTO  - foto 4

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO