Baş Gömrük İdarəsinə yeni rəis təyinatı olub - FOTO

Baş Gömrük İdarəsinə yeni rəis təyinatı olub - FOTO

Hazırda oxunan: Baş Gömrük İdarəsinə yeni rəis təyinatı olub - FOTO
144763
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakı Baş Gömrük İdarəsinə yeni rəis təyin olunub. 

Bizim.Media report-a istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov bununla bağlı əmr imzalayıb. 

Əmrə əsasən, bu vəzifəyə Elmir Ramazanov təyin olunub. 

Dövlət Komitəsindən məlumatı təsdiqləyiblər. 

Qeyd edək ki, E.Ramazanov 1988-ci ildə Bakıda anadan olub. 2009-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyatin huquqi tənzimlənməsi fakültəsini bitirib. 2022-ci ildə Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi fakültəsinə daxil olub. 
Əmək fəaliyyətinə ixtisasına uyğun olaraq Vergilər Nazirliyində başlayıb. 2012-ci ildən vergi sistemində inspektor vəzifəsindən başlamaqla müxtəlif postlarda çalışıb. Nəticədə Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin rəis müavini vəzifəsinə qədər yüksəlib. 

Dövlət Gömrük Komitəsi sədrinin 2022-ci il 15 avqust tarixli əmri ilə Bakı Baş Gömrük İdarəsinin rəis müavini təyin edilib. 

Ailəlidir, bir övladı var.

Baş Gömrük İdarəsinə yeni rəis təyinatı olub - FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO