Buzovnada yol kəsib, bac alan kimlərdir? -  ŞOK FOTOLAR

Buzovnada yol kəsib, bac alan kimlərdir? - ŞOK FOTOLAR

Hazırda oxunan: Buzovnada yol kəsib, bac alan kimlərdir? - ŞOK FOTOLAR

144696
Buzovnada yolkəsənlər peyda olub. 

Qaynarinfo.az-ın verdiyi xəbərə görə, Azərbaycan prezidenti İlham Əliyevin sərəncam və tapşırıqlarına baxmayaraq bir dəstə şəxs Buzovnada dənizə gedən ümumi yolu quldur kimi bağlayaraq, hamıdan pul yığırlar.  

Bu durumdan həm obyekt sahibləri, həm də dincəlməyə gələn vətəndaşlar şikayətçidir. Narazı vətəndaşlar nə üçün pul yığıldığını soruşduqda "biz kimk ki, deyiblər yığın, biz də yığırıq" cavabını verirlər. Amma tapşırığı kimdən aldıqlarını açıqlamırlar. Ödənişin əvəzinə israrla çek tələb edən vətəndaşlardan birinə isə  Abdullayev Ramal Talıb oğlunun adına (?) qeydiyyata alınmış və həqiqiliyi şübhə doğuran mədaxil orderi təqdim ediblər. 

Ümid edirik ki, Xəzər rayonunun icra hakimiyyəti heç olmasa təmsil etdikləri rayonun adına hörmət qoyub, bu "dəniz reketləri"ni yığışdıracaq və barələrində gərəkli hüquqi tədbirlər görəcək. Əlbəttə, əgər bu şəxsləri bura özləri yerləşdirməyibsə... 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO