Bakının bir neçə hotelinə MEDİA TUR təşkil edildi - FOTO

Bakının bir neçə hotelinə MEDİA TUR təşkil edildi - FOTO

Hazırda oxunan: Bakının bir neçə hotelinə MEDİA TUR təşkil edildi - FOTO

14403

Martın 11-də Azərbaycan Turizm Bürosu və Azərbaycan Hotel Assosiasiyası tərəfindən Milli Hotel Ulduz Təsnifatı prosesinin keçirilməsi üçün assosiasiyaya müraciət edən hotellərdə qiymətləndirmə keçirilib.

Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, bu məqsədlə paytaxtın bir neçə hotelinə media tur təşkil edilib.

Media tur zamanı qurumların əməkdaşları tərəfindən Milli Hotel Ulduz Təsnifatı üçün müraciət etmiş hotellərin ulduzlaşmaya görə təyin edilən standartlara uyğunluğu yoxlanılıb və hotellərə baxış keçirilib.

Media tur çərçivəsində jurnalistlər üçün mətbuat konfransı təşkil edilib.

Tədbirdə çıxış edən Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid ulduz təsnifatının hotelçiliyin inkişafı üçün mühüm amil olduğunu və bu addımın ölkənin qonaqpərvərlik sənayesinə müsbət təsir edəcəyinə, eləcə də turistlərə daha keyfiyyətli xidmətlərin göstərilməsinə şərait yaradacağını deyib.

Baş icraçı direktor Milli Hotel Ulduz Təsnifatının ölkədə fəaliyyət göstərən mehmanxanaların ulduz kateqoriyalarının dəqiq müəyyənləşdirilməsinə imkan verəcəyini bildirib.

Azərbaycan Hotel Assosiasiyasının Baş icraçı katib Günay Sağlam Milli Hotel Ulduz Təsnifat Sisteminin hotelçilik sahəsində ixtisaslaşmış təşkilat kimi Azərbaycan Hotel  Assosiasiyası tərəfindən Avropa Mehmanxanalar Assosiasiyasının - “Hotelstars Union”-un təsnifat meyarları əsasında hazırlandığını deyib .

Günay Sağlam Milli Hotel Ulduz Təsnifatı ilə bağlı bu günə kimi 40 hotelin müraciət etdiyini, 24 hoteldə auditin keçirildiyini qeyd edib. Baş icrası direktor hotellərə Milli Hotel Ulduz Təsnifatının 3 illik verildiyini, bu müddət başa çatdıqdan sonra yenidən yoxlamaların aparılacağını bildirib.

Qeyd edək ki, 2019-cu ilin dekabrında Azərbaycan Turizm Bürosuna Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən hotellərə ulduz verilməsinə görə uyğunluğun qiymətləndirilməsi akkreditasiya attestatı verilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO