Əlahiddə Ümumqoşun Orduda gənc əsgərlər növbəti xidmət yerlərinə göndərilib - FOTO 

Əlahiddə Ümumqoşun Orduda gənc əsgərlər növbəti xidmət yerlərinə göndərilib - FOTO 

Hazırda oxunan: Əlahiddə Ümumqoşun Orduda gənc əsgərlər növbəti xidmət yerlərinə göndərilib - FOTO 
143454
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Əlahiddə Ümumqoşun Orduda gənc əsgərlər növbəti xidmət yerlərinə yola salınıblar. 

Azərbaycan Müdafiə Nazirliyindən Bizim.Media-ya bildirilib ki, gənc əsgərlərin ixtisas hazırlıqlarını uğurla bitirmələri münasibətilə keçirilən mərasimdə şəhidlərimizin əziz xatirəsi yad edilib və Dövlət Himnimiz səsləndirilib. 

Çıxış edən zabit, əsgər və valideynlər kurslar zamanı keçirilən məşğələlərdə peşəkarlaşan gənc əsgərlərə xidmətlərində uğurlar arzulayıblar. 

General-mayor Məhəmməd Həsənov ixtisas hazırlığı kurslarını uğurla başa vurmaları və 26 iyun - Silahlı Qüvvələr günü münasibətilə şəxsi heyəti təbrik edib. Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin diqqət və qayğısı sayəsində 105 yaşlı Azərbaycan Ordusunun tərkib hissəsi kimi Əlahiddə Ümumqoşun Ordunun da maddi-texniki bazasının möhkəmləndirilməsinə, ən müasir silah-sursat və texnika ilə təminatına xüsusi diqqət yetirilir. 

Qeyd olunub ki, Ordumuzun sıralarına daxil olan gənc əsgərlər hərbi hissələrdə və təlim mərkəzlərində ümumqoşun, ixtisas və fiziki hazırlıq üzrə dərs və məşğələlər keçərək ən çətin döyüş tapşırıqlarını yerinə yetirəcək peşəkar əsgərlər kimi hazırlanırlar. Əminliklə deyə bilərik ki, ixtisas hazırlığı kurslarını uğurla başa vuran əsgərlərimiz Aprel döyüşlərində, Günnüt əməliyyatında və 44 günlük Vətən Müharibəsində bizə qalibiyyəti gətirən, torpaqlarımızın azadlığı uğrunda canını və qanını əsirgəməyən igid oğulların yolunu şərəflə davam etdirəcəklər. 

Çıxışların ardından əsgərlər müxtəlif hərbi ixtisaslar üzrə qazandıqları bilik və bacarıqları nümayiş etdiriblər. 

Yolasalma mərasimi şəxsi heyətin təntənəli keçidi ilə başa çatıb. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO