Narkotikin təsiri altında avtomobil idarə edən sürücü SAXLANILDI - FOTO

Narkotikin təsiri altında avtomobil idarə edən sürücü SAXLANILDI - FOTO

Hazırda oxunan: Narkotikin təsiri altında avtomobil idarə edən sürücü SAXLANILDI - FOTO
142432
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Şirvan Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsi idarə edən sürücü saxlanılıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, yol patrul xidmətinin əməkdaşları tərəfindən rayon ərazisində hərəkətdə olan "VAZ" markalı avtomobilin sürücüsünə yol hərəkəti qaydalarını pozduğu üçün "Saxla" işarəsi verilib.  

Nəqliyyat vasitəsi saxlanıldıqdan sonra sürücü, şəhər sakini Anar Qambayevin narkotik vasitə və psixotrop maddə qəbul etməsinə dair şübhələr yarandığından onun müvafiq tibbi müayinədən keçirilməsi təmin edilib.  
Müayinənin nəticəsinə əsasən A.Qambayevin marixuana istifadə etdiyi məlum olub. 

Həmin şəxs barəsində qanunvericiliyə uyğun olaraq protokol tərtib edilib və hüquqi qiymət verilməsi üçün Şirvan Şəhər Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə A.Qambayev 16 sutka inzibati qaydada həbs olunub. 

Narkotikin təsiri altında avtomobil idarə edən sürücü SAXLANILDI - FOTO - foto 1
Narkotikin təsiri altında avtomobil idarə edən sürücü SAXLANILDI - FOTO - foto 2
Narkotikin təsiri altında avtomobil idarə edən sürücü SAXLANILDI - FOTO - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO