“Uçeniye svet, ne uçeniye tma...”x9d

“Uçeniye svet, ne uçeniye tma...”x9d

Hazırda oxunan: “Uçeniye svet, ne uçeniye tma...”x9d

142325
“... Kərbəlayı Mirzalı tələsik xırmana çatıb, tövşüyə-tövşüyə xəbər verir: Məşədi Ağakişi, bilirəsn nə xəbər var.., bu sabah kəndə, mən deyə bilərəm ki, yüz də olmasa, bəlkə, əlli atdı gəldi.., hamısı da böyük-böyük adamlardı.., sən öləsən, nəçərnik də gəlib, silisçi də gəlib, qazı da gəlib, miravoy sud gəlib... Rusetdə nə qədər böyük adamlar var, hamısı gəlib kəndə.., o qədər böyük gəlib ki, lap məhəttəl qalmalı işdi...”x9d

(C.Məmmədquluzadə “Danabaş kəndinin müəllimi”x9d komediyasından)

Düşünəndə ki, əhvalat vaqe olur XIX əsrin sonlarında, yəni S.Rüstəm “ələmdən-nəşəyə”x9d keçməmişdi və bu millətin ələmli günlərində, doğrudan da millətin təhsilinə, özü də kənddə, bu qədər önəm verilməsi ilə bağlı “o qədər böyük gəlib.., lap məəttəl qalmalı işdi...”x9d.

Kərbəlayı Mirzalı əlimə düşsəydi, bir az da bu günümüzün təhsilindən xəbər paylaşardı. O zaman günümüzdə Kərbəlayı Mirzalının xəbər portalından: “... müəllim uşağı döydü, uşaq müəllimi vurub, məktəbli qızlar evdən qaçıblar, məktəbli özünü asdı... azyaşlılar oğurluq etdi, şagird müəllimi ilə evləndi, Sumqayıt Dövlət Universitetinin ikinci tələbəsi də intihar etdi...”x9d.

Və Kərbəlayı Mirzalının xəbərlərinə reaksiyalar: “təhsil ölüb, qızını döyməyən, dizini döyər, kül sənin müəllim başına, belə pedaqoqu olan millətin axırı yoxdu... indi müəllim yoxdu... hamısı saxtakardır...”x9d Bu da bizə verilən qiymət. İnsafən burda həqiqət payı da əksik deyil...

Bir müddət əvvəl xəbər verilirdi ki, TQDK həyəcan təbili çalır - bəs, filan-filan rayonların abituriyentləri ad və soyadlarını yaza bilməyiblər... Və tələm-tələsik həmin rayonların “böyük-böyük adam”x9dları paryatxta çağırılıb... Qəbul nəticələri adamı utandırır. On minlərlə abituriyent 199 bala yaxın toplayıblar, hələ müəllimlərin diaqnostik imtahan nəticələri daha utancvericidir. Əvvəlki yazılarımda bunu dəfələrlə yazdığımdan daha təkrarlamayım... Yekunda yazılmışdı ki, ana dili və riyaziyyat müəllimləri digər həmkarlarına nisbətən zəif nəticə göstəriblər...
Yazımda “Danabaş kəndinin məktəbi”x9d komediyasından seçmələr gətirəcəyəm və hətta “danabaşlılara”x9d həsəd aparıram. “İnspektor yeriyir qabağa və rusca deyir: V seqodnyaşnıy den sçitayu sebya sçastlivım, çto stoyu pered vami - danabaşistami... Vı sçastlivı seqodnya, ... koqda pedaqoqi, boleya duşoy vmeste s vami, izıskali nakonets parazitelno tonkiy metod obuçeniya...”x9d.

Təbii ki, urusdar bunu bizləri çox istədiklərindən etmirdilər, axı nə vaxtacan Nuru, Qasım kişi, Məşədi Ağakişilərlə dilmancın köməyi ilə danışacaqdılar?!...
Bu inspektoru görsəydim, deyərdim ki, ay inspektor ağa, biz də “izıskat”x9d eləyib “tonkiy metod”x9d tapdıq ”“ “kurrikulum”x9d. Adı dilimizə yatmadığı kimi, özü də təhsilimizə yatmadı... Çox danışmışam və yazmışam bu haqda, mövzudan uzaqlaşmayaq... Harada qalmışdıq? “Danabaş”x9dda: Vallah, bu qədər “böyük adam”x9d vaxtaşırı məktəblərimizə tökülsə idi, bizdəki təhsilin analoqu ( bu dəfə birbaşa mənada) olmazdı...
Axırıncı dəfə məktəbimizə 28 il öncə - Qarabağ hadisələri təzə başlayanda “böyük adamlar”x9d gəlmişdi. Məşhur türkoloq Aydın Məmmədov, akadmeik Mahmud İsmayıl və "Xalqlar dostluğu" muzeyinin direktoru. Ermənilərlə qonşu yaşadığımızdan bizi “ekstremistlərə uymamağa”x9d çağırırdılar.
Keşkə “böyük adamlar sənədə bir gün”x9d gəlib bizlərə baş çəkəydilər.., inanın məktəb bayram edərdi, şagirdlər də, müəllimlər də diqqət və qayğı hiss edər, biraz məsuliyyətli olar, bir az da lovğalanardılar.., “böyük adamlar”x9d gəlmişdi məktəbimizə deyərdilər.., dərsimizdə oturmuşdular deyərdilər...
Bizim rəhmətlik bir müəlliməmiz vardı - ədəbiyyat müəllimim Fizzə müəllimə, həmişə maarif naziri Mehdizadənin məktəbə gəlməsindən, dərsi pozmayıb tənəffüsü gözləməsindən danışardı... Bizə sanki bir roman danışarmış kimi, maraqlı bir filmin epizodlarını danışırmış kimi söylərdi. Bildiyimə görə maarif naziri Mehdizadə elə bir roman, bir film kimi şəxs imiş...
Dərs(d)liklər barədə çox yazmışam, amma Danabaş kəndində keçiləcək bu dərsliyin adı məni tutdu..., həsəd apardım... Uçitel: “Xeyir! “Gülüstan”x9d oxumayacaqlar. Yazıq deyillərmi uşaqlarımız... Amma təzə zvukovoy metod ilə, yəni üsuli-sövti ilə Çernyayevskinin “Vətən dili”x9d kitabını bir neçə ayın müddətində oxuyub qurtaracaqlar...”x9d
“Vətən dili”x9d kitabı! Nə gözəl səslənir! Kaş bizdə də növbəti illərin birində “Vətən dili”x9d adlı kitab-dərslik nəşr oluna. Həm vətən, həm ana, həm dil bərabərcə ruha qida verərdi... İndi xa0“Azərbaycan dili”x9d dərslikləri bərbad gündədir.xa0
Danabaş kəndinin valideynləri ilə tanış olduqca, görürsən ki, indiki valideynlərin çoxu onlara bənzəyir...

Uçitelin yuxarıdakı dərslik tövsiyyəsindən sonra Molla Mövlanverdi deyir ki, “cənab uşqol, bax onu başa düşmədim...”x9d Elə indinin özündə ali təhsilli valideynlər dərsliklərdən baş aça bilmirlər, övladlarına kömək etməkdə aciz qalırlar.
Qonşunun oğlu dördüncü sinifdə oxuyur. Esselərini( adət etdiyimiz “inşa”x9d kurrikuluma əsasən “esse”x9d adlandırılır) mənim yanıma gətirir. Sonuncu essenin-inşanın adı belə idi: “Müqəddəs məqsəd kisik günaha haqq qazandırır”x9d Gərək elə yazasan ki, uşağın səviyyəsinə uyğun gəlsin.”x9dMüqəddəs məqsədin”x9d “kiçik günaha haqq qazandıra”x9dbilməsinin mahiyyətini əsrlərdir ki, filosoflar bəşəriyyətə tam çatdıra bilmədiyi bir zamanda dördüncü sinif uşağından hansı müdrik cavabı gözləyir “təhsil bilicilərimiz?”x9d
xa0“Qaşım kişi-Yaxşı, cənab uşqol, bir bunu da bizə buyur görək uşaqlar uşqolu qurtarandan sonra bir qulluq sahibi olacaqlarmı?”x9d Bir valideyn var, uşağı doqquzuncu sinifdə oxuyur, tez-tez məndən soruşur ki, uşaq hüquqa girə biləcəkmi?...
“Qasım kişi- Ay uşqol, bu nəçərnikin dilmancı Mirzə Məhəmmədqulu, belə görünür ki, böyük yerdə oxuyub ki, nəçərnikə dilmanc olub.
Uçitel- Odur ki, siz avamsınız və çox işlərdən xəbərdar deyilsiniz.., o heç mən qədər dərs oxumayıb.
Qasım kişi-Yəqin, sənin adamın olmayıb ki, səni üzə çəksin, ona görə Məmmədqulu dilmanc olub, amma sən çox oxuya-oxuya uşqol olmusan...”x9d
Bəli, biz çox oxuduq, lap çox oxuduq, ərinmədim saydım-ADU-nun (BDU) filologiya fakültəsində on ikidən çox akademikdən dərs aldıq.., axırda “uşqol”x9d, “uçitel”x9d olduq... Oxumuyan xa0Məhəmmədqulu yol polisi oldu,”x9duşqol”x9ddan çox maaş aldı, cəmiyyət də ondan qorxub hörmətli adam bildi.
Danabaşlı başqa bir valideyn var ”“ Şaban nənə: “Ay uşqol, bax mənim Əsəd balamı gərək döyməyəsən ha, yoxsa qoymaram getsin uşqola...”x9d. İndiki valideynlərdən qismən də olsa fərqlənmir...

Nəhayət özünü doğrultmağa çalışan “uçitel”x9d deyir ki, “mən Danabaş camaatını bu tövr elmin qədrini bildiyinə görə pozdravit edirəm, necə ki, deyiblər: uçeniye svet, ne uçeniye tma. Yəni oxumaqlıq işıqdır. Oxumamaqlıq qaranlıqdı...
Kərbəlayi Heydər- A kişi, gəl gedək, bu sarsağın yaxasından uzaqlaşaq...
Uçitel arxadan... Yadımızdan çıxmasın ha, elm, elm və yenə də elm!”x9d
xa0
Allah sənə rəhmət eləsin, Mirzə Cəlil! Son vaxtlar tez-tez üstünə yüyürürəm, ya ruhunu incidirəm , ya da “uçitel”x9d kimi ruhum incidiyindəndir...xa0

Bəsti İsmayılova
Tərtər şəhər 2 saylı məktəb-liseyin müəllimi
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO