Məşhur

Məşhur "Alagöz" mahnısı yeni ifada: Qurtuluş günündə maraqlı layihə - VİDEO

Hazırda oxunan: Məşhur "Alagöz" mahnısı yeni ifada: Qurtuluş günündə maraqlı layihə - VİDEO
141553
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Mədəniyyət Könüllüləri İctimai Birliyi tərəfindən silsilə layihələr həyata keçirilir.

Bizim.Media xəbər verir ki, bu dəfə Ulu Öndərin daha bir sevimli mahnısı olan "Alagöz" fərqli bir quruluşda ifa edilib.

Musiqisi Cahangir Cahangirov, sözləri Zeynal Cabbarzadəyə məxsus olan və Rəşid Behbudovun repertuarından ifa edilən  “Alagöz” mahnısı Mədəniyyət Könüllüləri İctimai Birliyi tərəfindən yeni nəfəslə geniş tamaşaçı kütləsinə təqdim edilir.
Məşhur "Alagöz" bu dəfə Bəbir Bəbirli, İlkin Dövlətov, Ərəstun Quliyev və Qarabağ qazisi Məbud Əhmədov tərəfindən ifa olunub. Tarda ifa Əməkdar artist Şəhriyar İmanova aiddir.

Layihənin bədii rəhbəri Bəbir Bəbirli, klipin operator və montajçısı Əliəsgər Mirzəyevdir. Çəkiliş Beynəlxalq Muğam Mərkəzində baş tutub. 

Mədəniyyət Könüllüləri İctimai Birliyinin sədri Ülviyyə Bəbirlinin sözlərinə görə, belə layihələr yeni səslər və simaların tanınması məqsədilə davamlı olaraq ictimaiyyətə təqdim olunacaq. 

Ü. Bəbirli qeyd edib ki, "Bu layihəni Ulu Öndərimizin ölməz ruhuna ehtiram əlaməti olaraq məhz 15 İyunda təqdim etmək istədik və çox sevinirik ki, bunu edə bildik. Biz hər zaman Öndərimizin yolundayıq".
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO