AYB-nin Qərbi Azərbaycan bölməsi YARADILDI – Bu şəxs sədr SEÇİLDİ  

AYB-nin Qərbi Azərbaycan bölməsi YARADILDI – Bu şəxs sədr SEÇİLDİ  

Hazırda oxunan: AYB-nin Qərbi Azərbaycan bölməsi YARADILDI – Bu şəxs sədr SEÇİLDİ  

141455

Azərbaycan Yazıçılar Birliyinin (AYB) Qərbi Azərbaycan bölməsi yaradılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə apa.az-a Birliyin mətbuat xidmətinin rəhbəri Xəyal Rza məlumat verib. 

Qərar iyunun 14-də, Azərbaycan Yazıçılar Birliyi katibliyinin növbəti toplantısı zamanı qəbul edilib. Gündəlikdəki məsələlərin müzakirəsi zamanı yeni bölmənin yaradılması təklifini Birliyin sədr müavini Rəşad Məcid səsləndirib. Təklif Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar tərəfindən müsbət qarşılanıb.
Ümumi müzakirədən sonra təklif səsə qoyulub və qəbul edilib. Qərara alınıb ki, yeni bölmənin sədri deputat, tanınmış şair Musa Urud (Quliyev) təyin edilsin. Sədr müavini isə tanınmış teleaparıcı, şair Bəhruz Niftəliyev təyin edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO