Yanvar-may aylarında ölkə əhalisinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 8,3% artaraq 17 milyard 511,6 milyon manata çatıb.
Bu barədə Dövlət Statistika Komitəsindən (DSK) xa0bildirilib.
Əhalinin hər bir nəfərinə düşən gəlirlər orta hesabla 1822,9 manat və ya ayda 364,6 manat təşkil edib.
Bu dövr ərzində gəlirlərin 79,4%-i (13,9 milyard manat) son istehlak xərclərinə, 9,5%-i (1,7 milyard manat) vergilərin, sığorta və üzvlük haqlarının, 2,8%-i (490,325 milyon manat) kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 8,3%-i (1,453 milyard manat) isə yığıma yönəldilib.
Əhalinin sərəncamında qalan gəlirlərin 15 milyard 846,9 milyon manat olub.





































































































