Bu ərazilərdən sel keçib – FAKTİKİ HAVA  

Bu ərazilərdən sel keçib – FAKTİKİ HAVA  

Hazırda oxunan: Bu ərazilərdən sel keçib – FAKTİKİ HAVA  
140980
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətini iyunun 12-si saat 9:00-a olan məlumatına əsasən bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv olub. 12-si gecə və səhər yağıntılarda fasilə olub. 

Xidmətdən Bizim.Media-ya verilən xəbərə görə, düşən yağıntının miqdarı Gədəbəydə 33.0 mm, Daşkəsəndə 13.0 mm, Qubada 10.0 mm, Lerik, Qrız, Şahbuz, Şərur, Balakən, Şəki, Qusar, Xaltan, Lənkəran, Astara, Şuşada 4.0 mm-dək olub. 

Yağan leysan yağış nəticəsində saat 16:10 radələrində Quba rayonu ərazisindən axan Vəvələçay-Təngəaltıdan, saat 16:30 radələrində isə Qaraçay-Rük, Vəlvələçay-Afurcadan sel keçib. 
Duman Biləsuvar, Şərur, Lerikdə müşahidə olunub. 

İyunun 11-də iqlim normasından 3.8 dərəcə yuxarı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 30-35 dərəcə isti, Naxçıvan MR-da 32 dərəcəyədək isti, dağlıq rayonlarda 23-27 dərəcə isti, aran rayonlarında 35 dərəcəyədək isti olub. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO