Sabiq “JEK” rəisinin oğlu ilə bağlı qərar ləğv OLUNDU

Sabiq “JEK” rəisinin oğlu ilə bağlı qərar ləğv OLUNDU

Hazırda oxunan: Sabiq “JEK” rəisinin oğlu ilə bağlı qərar ləğv OLUNDU
140176
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

2,5 milyon manatlıq dələduzluqda ittiham edilən keçmiş polis əməkdaşı Elvin Həşimlinin bəraət alması ilə bağlı qərardan verilmiş kassasiya protestinə baxılıb. 

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, Ali Məhkəmə prokurorun protestini əsaslı sayıb. 

Məhkəmə belə qənaətə gəlib ki, Elvin Həşimli ilə bağlı bəraət qərarı işin faktiki halları ilə uyğun gəlmir. Bu əsasla Bakı Apellyasiya Məhkəməsinin qərarı tamamilə ləğv edilib, iş yenidən araşdırılması üçün baxışa təyin olunub. 

Qeyd edək ki, Elvin Həşimli xüsusilə külli miqdarda dələduzluqda ittiham olunub. İttihama görə, Elvin Həşimli zərərçəkmiş Möhkəm Səmədova biznes qurmaq adı ilə yalan vədlər verərək, onun 2,5 milyon manatını dələduzluq yolu ilə ələ keçirib.
Cinayət işi Bakı Ağır Məhkəməsində araşdırılıb. Hökmə əsasən Elvin Həşimlinin təqsiri sübuta yetirilmədiyindən ona bəraət verilib. Bakı Apellyasiya Məhkəməsi hökmdən verilmiş protesti təmin etməyib. 

Elvin Həşimli əvvəllər Xətai Rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsində əməliyyatçı işləyib. Sonradan daxili işlər orqanlarından xaric edilib.

O, Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin sabiq rəisi Elçin Həşimlinin oğlu, YAP Xocalı rayon təşkilatının sədri Vahid Əliyevin kürəkənidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO