Faktiki hava: Bəzi rayonlarda leysan xarakterli yağış yağıb

Faktiki hava: Bəzi rayonlarda leysan xarakterli yağış yağıb

Hazırda oxunan: Faktiki hava: Bəzi rayonlarda leysan xarakterli yağış yağıb
139613
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin iyunun 4-nə olan məlumatına əsasən bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Nazirlikdən Bizim.Media-ya bildirilib ki, düşən yağıntının miqdarı: Oğuzda 12.0 mm, Tovuz, Şəmkirdə 9.0 mm, Şəkidə 8.0 mm, Qaxda 6.0 mm, Ağstafada 4.0 mm, Qəbələ, Ceyrançöldə 2.0 mm, Zaqatala, Daşkəsən, Balakən, Şahdağ, Yevlaxda 1.0 mm-dək olub.

Havanın temperaturu: İyunun 03-də iqlim normasından 3.6° yuxarı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 31°-dək isti, Naxçıvanda 33°-dək isti, dağlıq rayonlarda 24°-dək isti, yüksək dağlıq ərazilərdə 14°-dək isti, aran rayonlarında 33°-dək isti olub.
Yağan yağışlarla əlaqədar Oxçuçay-Bürünlüdə və Vəlvələçay-Afurcada suyun səviyyəsi 5 sm, Qaraçay-Rükdə 4 sm, Kür-Qıraqkəsəməndə və Tərtərçay-Kəlbəcərdə 3 sm, Əyriçay-Ağyazıda 2 sm, Kür çayının aşağı axınında Zərdab məntəqəsində 5 sm, Kür-Surrada 30 sm, Kür-Şirvanda 6 sm, Kür-Salyanda isə 3 sm artım olmuşdur. Tovuz rayonu ərazisinə yağan güclü leysan yağışı nəticəsində Əsrikçayda suyun səviyyəsi 3 iyun saat 21:20-dən saat 22:55-dək 63 sm artmış və saat 22:40-dan 23:55-dək çaydan qısamüddətli sel keçib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO