“2-ci Milli Kibertəhlükəsizlik Forumu”nun iştirakçıları MÜKAFATLANDIRILDI - FOTO 

“2-ci Milli Kibertəhlükəsizlik Forumu”nun iştirakçıları MÜKAFATLANDIRILDI - FOTO 

Hazırda oxunan: “2-ci Milli Kibertəhlükəsizlik Forumu”nun iştirakçıları MÜKAFATLANDIRILDI - FOTO 

138979

Bu gün Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “2-ci Milli Kibertəhlükəsizlik Forumu” keçirilib. 

Bizim.Media xəbər verir ki, tədbir Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təşkilatçılığı və “A2Z Technologies” şirkətinin baş sponsorluğu ilə təşkil edilib. 

Forumda əlaqəli dövlət qurumlarının, özəl şirkət və təşkilatların rəhbər və ekspertləri iştirak edib.  

350 nəfərdən çox mütəxəssisin iştirak etdiyi Forum çərçivəsində milli kibertəhlükəsizlik ekosistemi, Türk Dövlətləri Təşkilatı kontekstində kibertəhlükəsizlik, kritik informasiya infrastrukturunun təhlükəsizliyi, kibertəhlükəsizlik həlləri və startaplar, kibertəhlükəsizlik sahəsində təhsil, insan resursları və maarifləndirmə mövzuları ətrafında yerli və xarici ekspertlərin iştirakı ilə təqdimatlar göstərilib və maraqlı müzakirələr aparılıb. 

Tədbirin iştirakçıları Forumun sərgi bölməsində müxtəlif yerli və xarici şirkətlərin məhsul və həlləri ilə tanış olub. Həmçinin Forum zamanı interaktiv yarışma keçirilib və qaliblərə qiymətli hədiyyələr təqdim olunub.  
Qeyd edək ki, Forum Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası tərəfindən ənənəvi olaraq hər il təşkil olunur.  



























































Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO