XƏBƏRDARLIQ: Media Tovuzda 13 yaşlı qızın itkin düşməsi ilə bağlı nöqsanlara yol verib

XƏBƏRDARLIQ: Media Tovuzda 13 yaşlı qızın itkin düşməsi ilə bağlı nöqsanlara yol verib

Hazırda oxunan: XƏBƏRDARLIQ: Media Tovuzda 13 yaşlı qızın itkin düşməsi ilə bağlı nöqsanlara yol verib
138709
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Tovuzda 13 yaşlı qızın itkin düşməsi hadisəsinin işıqlandırılması zamanı yeniyetmənin hüquqlarını pozan audiovizual media subyektlərinə bildirişlər göndərilib".

Bizim.Media report.az-a istinadən xəbər verir ki, bunu Audiovizual Şurasının aparat rəhbəri Fazil Novruzov “Audiovizual mediada uşaq hüquqlarının qorunması” mövzusunda dəyirmi masada çıxışı zamanı deyib.

Onun sözlərinə görə, həmin hadisənin işıqlandırılması zamanı bir neçə audiovizual media subyektinin pozuntulara yol verdiyi müəyyən olunub.

Həmin audiovizual media subyektlərinə bildirişlər göndərildiyini bildirən aparat rəhbəri hazırda da monitorinqlərin davam etdirildiyini vurğulayıb.

Qeyd edək ki, mayın 20-də 13 yaşlı Ə.Tağıyeva yaşadığı Tovuz rayonunda itkin düşüb. Sonradan onun ailə qurmaq məqsədilə öz istəyi ilə Xaçmaz rayonuna getdiyi məlum olub.

Polis əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində rayon sakini Ə.Tağıyeva Xaçmaz rayonunda tapılıb.

Onu qaçırmaqda şübhəli bilinən Səfər Kavazov saxlanılıb və barəsində cinayət işi açılıb. Eyni zamanda S.Kavazovun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO