“Əli Həsənov və Ramiz Mehdiyev YAP-ın yaradılmasında iştirak etməyib” - Eynulla Fətullayev - FOTO

Hazırda oxunan: “Əli Həsənov və Ramiz Mehdiyev YAP-ın yaradılmasında iştirak etməyib” - Eynulla Fətullayev - FOTO

13869

“Əli Həsənov və Ramiz Mehdiyev YAP-ın yaradılmasında iştirak etməyiblər. 1992-ci ildə Əli Həsənov Tamerlan Qarayevin Doğru Yol Partiyasında iştirak edirdi, Ramiz Mehdiyev isə Ramiz Əhmədovun yaratdığı yeni Kommunist Partiyasının təşkilatçılarından biri idi”.

Bizim.Media xəbər verir ki, bu fikirləri  tanınmış jurnalist, “haqqın.az” saytının baş redaktoru Eynulla Fətullayev feysbuk hesabında paylaşıb.

“Bütün proseslər gözlərimizin önündə Politologiya İnstitutunda cərəyan ediridi. Yəni, hadisələrin canlı şahidiyəm.

Əli Həsənov və Ramiz Mehdiyev YAP-a sonradan, Heydər Əliyev hakimiyyətə gəldikdən sonra, təxminən 1994-cü ildə qoşuldular. Hakimiyyətdən getdilər, YAP-a da vida...”- deyə o qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO