Paytaxtın bu yollarında hərəkət məhdudlaşdırılacaq - SİYAHI

Paytaxtın bu yollarında hərəkət məhdudlaşdırılacaq - SİYAHI

Hazırda oxunan: Paytaxtın bu yollarında hərəkət məhdudlaşdırılacaq - SİYAHI

138081

27-29 may tarixlərində Bakı şəhərində hərəkət iştirakçılarının rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə bəzi küçə və prospektlərdə təmir işləri, tunellərin, yolötürücülərin təmizlənməsi və yuyulması işləri aparılacaq. Bununla əlaqədar olaraq işlərin aparılacağı ərazilər üzrə nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) məlumatında bildirilir. 

Məlumatda qeyd olunur ki, təmir işlərinin Nərimanov rayonu üzrə Azadlıq prospekti (Məmməd Araz küçəsindən Nəcəf Nərimanov küçəsinə qədər), Səbail rayonu üzrə Səməd Vurğun (Salatın Əsgərova küçəsindən Şamil Əzizbəyov küçəsinə qədər) və Mehdi Hüseyn küçələrində, Yasamal rayonu üzrə Şıxəli Qurbanov küçəsi (Füzuli küçəsindən Salatın Əsgərova küçəsinə qədər), Bakı Dairəvi avtomobil yolu (Binə ticarət mərkəzindən Bakı şəhər DYP İdarəsinə qədər hissə-hissə) və Moskva prospektində (Tuneldən “20 Yanvar” dairəsi istiqamətində) aparılması nəzərdə tutulur.

Tunellərin və yolötürücülərinin təmizlənməsi və yuyulması işlərinin Heydər Əliyev, Ziya Bünyadov, 8 Noyabr və Atatürk prospektlərində aparılması nəzərdə tutulur.

Sürücülərdən qeyd olunan tarixlərdə sözügedən küçə və prospektlərdə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına riayət etmələri və avtonəqliyyat vasitələrini ərazilərdə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun idarə etmələri xahiş olunur.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO