Qəbələdə Vətən müharibəsi qəhrəmanının xatirəsi anılıb – FOTO  

Qəbələdə Vətən müharibəsi qəhrəmanının xatirəsi anılıb – FOTO  

Hazırda oxunan: Qəbələdə Vətən müharibəsi qəhrəmanının xatirəsi anılıb – FOTO  
138039
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qəbələdə Vətən müharibəsi qəhrəmanı polkovnik-leytenant Əfqan Abdurrahmanovun xatirəsinə həsr olunmuş “Vətən sevdalısı” kitabının təqdimat mərasimi keçirilib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, rayon icra hakimiyyətinin, idarə və təşkilatların nümayəndələrinin, Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin, qazi və müharibə iştirakçılarının, Əfqan Abdurrahmanovun ailə üzvləri, döyüş yoldaşları, təhsil aldığı və adını daşıdığı məktəbin müəllim kollektivinin iştirak etdiyi tədbir Dövlət Himninin səslənməsi və şəhidlərin xatirəsini anmaqla başlayıb.

Tədbirin keçirilməsində məqsəd vətən uğrunda canından keçən şəhidlərin xatirəsini daim yaşatmaq və əbədiləşdirməkdir.

Tədbirdə çıxış edənlər Əfqan Abdurrahmanovun qəhrəmanlıqlarından bəhs edib, onunla bağlı xatirələrini danışıb, kitab haqqında öz təəssüratlarını söyləyib. Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Sonda Əfqan Abdurrahmanovun həyat yolunu əks etdirən film təqdim edilib. Şəhidin adını daşıyan Qəbələ şəhər 3 saylı tam orta məktəbin şagirdləri tərəfindən şeirlər səsləndirilib. 

Qəbələdə Vətən müharibəsi qəhrəmanının xatirəsi anılıb – FOTO   - foto 1
Qəbələdə Vətən müharibəsi qəhrəmanının xatirəsi anılıb – FOTO   - foto 2
Qəbələdə Vətən müharibəsi qəhrəmanının xatirəsi anılıb – FOTO   - foto 3

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO