Dünən futbol üzrə Azərbaycan Premyer-liqasında son turun oyunları keçirildi. “Qarabağ”x9dın birincilik mükafatına qovuşduğu turda “Xəzər Lənkəran”x9d çempionatla vidalaşdı. Cənub klubu gələn ildən etibarən birinci divizionda çıxış edəcək. Vaxtilə, ölkənin ən güclü komandalarından olan cənub klubunun bu cür ağır nəticə ilə üzləşməsinin səbəblərindən biri kimi də hakim səhvləri göstərilir. xa0Son turda “Rəvan”x9dla heç-heçədən sonra aşağı liqaya yuvarlanan klubdakı vəziyyət bu gün çox bərbaddır.
Klubun ən yaxşı vaxtlarında baş məşqçisi olan tanınmış futbol mütəxəssisi Ağasəlim Mircavadov Moderator.az saytına açıqlamasında “Xəzər Lənkəran”x9dın bu nəticəsini Azərbaycan futbolu üçün faciə hesab edib:
“Biz bölgələrdəki futbolumuzu itiririk. Bu çox pis haldır. Yəni Azərbaycan futboluna ağır zərbədir. “Xəzər-Lənkəran”x9d 2004-cü ildə yarandı. Orada Mübariz müəllim çox işlər gördü. Klubun durumu on il çox ürəkaçan oldu. Mən çalışan zamanlarda azərkeşlər məşqlərə də tamaşa etməyə gəlirdilər. O sistemi mən 1960-70-ci illərdə Bakıda görmüşəm. Azərkeşlər oyuna 4-5 gün qalmış gəlib izləyirdilər. Bu həyat idi, futbola olan hörmət idi. Hazırda mən elə düşünürəm ki, düzələcək o bölgələr futbolla yaşayıblar, hər şey yoluna düşəcək. Futbol Federasiyası bu sahədə həmişə çalışıb, yararlı işlər görür”x9d.
Kəmalə Yusifli































































































