FHN Naxçıvandakı vəziyyətlə bağlı məlumat YAYDI – FOTO

FHN Naxçıvandakı vəziyyətlə bağlı məlumat YAYDI – FOTO

Hazırda oxunan: FHN Naxçıvandakı vəziyyətlə bağlı məlumat YAYDI – FOTO
137438
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ötən gün Naxçıvan şəhərinə güclü yağış yağması və dolu düşməsi bir sıra fəsadlara səbəb olub.  

Bizim.Media xəbər verir ki, Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Naxçıvan şəhərinə yağan intensiv yağışlar səbəbindən fərdi evlərin və həyətyanı sahələrin, inzibati binaların, avtomobil yollarının subasmaya məruz qalması barədə məlumat daxil olub. 
 

MÖVZU İLƏ BAĞLI:

Naxçıvan Dövlət Universitetini su basdı - VİDEO


Dərhal əraziyə Mülki Müdafiə alayının, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Naxçıvan şəhər və Babək rayon Dövlət Yanğın Təhlükəsizliyi şöbələrinin qüvvələri cəlb olunub. 

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması həyata keçirilib. Belə ki, Naxçıvan şəhəri və Babək rayonlarında 40-dan artıq fərdi yaşayış evi, 4 obyekt, 3 inzibati binada suçəkmə işləri aparılıb. 

Bütün bu tapşırıqların yerinə yetirilməsinə 159 nəfər şəxsi heyət, 23 texnika, cəlb olunmuşdur. 

Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmağı, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmağı tövsiyə edir. 

FHN Naxçıvandakı vəziyyətlə bağlı məlumat YAYDI – FOTO - foto 1
FHN Naxçıvandakı vəziyyətlə bağlı məlumat YAYDI – FOTO - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO