Yaşı 50-dən yuxarı olan müəllimlərin vaksinlənməsinə başlanıldı

Yaşı 50-dən yuxarı olan müəllimlərin vaksinlənməsinə başlanıldı

Hazırda oxunan: Yaşı 50-dən yuxarı olan müəllimlərin vaksinlənməsinə başlanıldı
13704
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda 50 yaş və yuxarı olan pedoqoji və texniki heyətin vaksinasiya porsesinə başlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə məlumat yayıb. 

 

MÖVZU İLƏ BAĞLI:

Peyvənd olunmaq istəməyən müəllimləri nə gözləyir?


Bildirilib ki, “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq təşkil edilmiş vaksinasiya prosesi Bakı şəhərində yerləşən ümumi təhsil məktəblərində 10 peyvənd məntəqəsində  həyata keçirilir.

Məntəqələrin hər birində 1 saatda 20 nəfərin, gün ərzində isə 120 nəfərə qədər şəxsin vaksin olunması nəzərdə tutulur.

Bu minvalla gün ərzində ümumilikdə 1200-dən bir az artıq şəxsin vaksinasiyası nəzərdə tutulur. Həmin kateqoriya şəxslər vaksin olunan qədər proses davam edəcək.

Qeyd edək ki, Bakı şəhəri üzrə 20 minə yaxın 50 və 50 yaşdan yuxarı təhsil işçisi və texniki heyət vaksinasiyası nəzərdə tutulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO