Göyçayda irigövdəli ağac məhkəmə binasının üzərinə AŞIB - FOTO 

Göyçayda irigövdəli ağac məhkəmə binasının üzərinə AŞIB - FOTO 

Hazırda oxunan: Göyçayda irigövdəli ağac məhkəmə binasının üzərinə AŞIB - FOTO 

136128

Göyçayda dünəndən başlayaraq müşahidə edilən qeyri-sabit hava şəraiti və güclü külək fəsadsız ötüşməyib. Belə ki, iİrigövdəli çinar ağacı rayonun məhkəmə binasının üzərinə aşıb, binanın dam örtüyünə ciddi ziyan verib. Xoşbəxtlikdən ölən və xəsarət alan olmayıb. 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, Hadisə gecə saatlarında baş verib. Səhər saatlarında hadisə yerinə baxış keçirilib. Rayon məhkəməsinin inzibati binasına ciddi ziyan dəyib. Şəhər İcra nümayəndəsi Seymur Soltanov bildirib ki, qeyri-sabit hava şəraiti səbəbilə yaranan problemi aradan qaldırmaq hələ ki, mümkün deyil. 

Göyçay rayon icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəsi Seymur Soltanov Bizim.Media-nın yerli bürosuna bildirib ki, “hal-hazırda yağışlara görə, işçilərin işləməyi bir az təhlükəli olduğu üçün gözləmə mövqeyindəyik. Yağış kəsən kimi iki kran və bir neçə işçi qüvvəsinin köməyi vasitəsilə ağacın təmizlənərək götürülməsi planlaşdırılıb”. 

Qeyd edək ki, çinar ağacının gövdəsinin diametri təxminən 1,20 sm-ə, hündürlüyü 30-35 metrə yaxındır. Ağac asfalt örtüyünü dağıdaraq aşdığı üçün binaya şiddətli zərbə ilə çırpılmayıb.

Hadisə nəticəsində kommunikasiya xətlərinə ziyan dəyməyib, belə ki,  sadəcə məhkəmə binasının elektrik təchizatını təmin edən xətlər qırılıb. Qırılan xəttlər qısa zamanda bərpa edilib. Gün ərzində ağacın ərazidən götürülməsi ilə bağlı zəruri tədbirlər görülməsi nəzərdə tutulur. 
 
Aqil Əsədov, Bizim.Media, Aran bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO