Göyçayda abadlıq-quruculuq işlərinə start verildi - FOTO 

Göyçayda abadlıq-quruculuq işlərinə start verildi - FOTO 

Hazırda oxunan: Göyçayda abadlıq-quruculuq işlərinə start verildi - FOTO 
135678
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Göyçayda abadlıq-quruculuq işlərinə start verilib. 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar Göyçay şəhərinin dörd küçəsində abadlıq-quruculuq işlərinə başlanılıb.

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədilə 5986 metr uzunluğunda piyada yolu yenilənərək müasir səviyyəyə çatdırılacaq.

Abadlıq işləri çərçivəsində şəhərin Rəsul Rza, Füzuli, Mehman Muradov və Mirzə Ələkbər Sabir küçələrində piyadalar üçün nəzərdə tutulmuş səkilərin əsaslı şəkildə təmiri, fərdi yaşayış evlərinin fasad və çöl barı hissəsinin üzlənməsi, həmçinin yol kənarlarında yaşıllıqların salınması işlərinin layihə üzrə həyata keçirilməsi təmin olunacaq. İşlərin keyfiyyətlə həyata keçirilməsi nəzarətdə tutulur. 
Qeyd edək ki, cari ilin əvvəlində şəhərin mərkəzi və böyük küçələri olan Heydər Əliyev prospektində, M.Ə.Rəsulzadə küçəsində yeni bardürlər düzülmüş, piyada zolaqları yenilənmişdir. 

Göyçayda abadlıq-quruculuq işlərinə start verildi - FOTO  - foto 1
Göyçayda abadlıq-quruculuq işlərinə start verildi - FOTO  - foto 2
Göyçayda abadlıq-quruculuq işlərinə start verildi - FOTO  - foto 3

Aqil Əsədov, Bizim.Media, Aran bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO