İranlı narkotacirlərə kuryerlik edənlər SAXLANILDI - FOTO/VİDEO

İranlı narkotacirlərə kuryerlik edənlər SAXLANILDI - FOTO/VİDEO

Hazırda oxunan: İranlı narkotacirlərə kuryerlik edənlər SAXLANILDI - FOTO/VİDEO
135643
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Nərimanov rayonunda polisin son 2 ayda narkotiklərlə bağlı keçirdiyi əməliyyatlar zamanı 54 nəfər saxlanılıb.

Nərimanov rayonunda sosial şəbəkələrdə müxtəlif şirnikləndirici vədlər müqabilində narkokuryerliyə cəlb olunan daha 54 nəfər saxlanılıb, barələrində cinayət işləri başlanılıb. 

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyindən bildirilib. 

Qeyd olunub ki, Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqları üçün saxlanılan şəxslərdən ümumilikdə 8 kiloqram, o cümlədən 3 kiloqram heroin, 4 kiloqrama yaxın marixuana və 1 kiloqram metamfetamin aşkar edilib.
Saxlanılan şəxslər ifadələrində sosial şəbəkələr vasitəsi ilə tanış olduqları xarici ölkələrdə, əsasən İran İslam Respublikasında yaşayan narkotacirlərin təsiri altına düşərək onların müxtəlif şirnikləndirici vədləri müqabilində Bakı şəhərində narkokuryerlik təklifi ilə razılaşdıqlarını bildiriblər.

Aşkar edilən faktlarla əlaqədar İdarənin İstintaq Şöbəsində cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının son dövrlərdə keçirdikləri əməliyyatlar zamanı ümumilikdə 17 kiloqram, cümlədən 9 kiloqram heroin və digər güclü təsiredici narkotik vasitələr qanunsuz dövriyyədən çıxarılıb. 
 


İranlı narkotacirlərə kuryerlik edənlər SAXLANILDI - FOTO/VİDEO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO