"Heydər Əliyevin ideyaları Azərbaycanın milli və mənəvi sərvətidir" – Tahir Budaqov  

Hazırda oxunan: "Heydər Əliyevin ideyaları Azərbaycanın milli və mənəvi sərvətidir" – Tahir Budaqov  
135192
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"İstər Respublikada, istərsə də ölkə hüdudlarından kənarda Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə  silsilə tədbirlər keçirilir". 

Bizim.Media xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini, Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan anım tədbirində jurnalistlərə açıqlamasında bildirib. 

"Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının xilaskarı, müstəqil Azərbaycan dövlətinin qurucusudur. Müasir Azərbaycan tarixində özünəməxsus yer tutan böyük şəxsiyyətdir. Ulu Öndər Azərbaycana istər Sovet dönəmindəki rəhbərlik illərində istərsə də müstəqillik illərində Azərbaycanın inkişafı üçün misilsiz xidmətləri olub. Onun ideyaları Azərbaycanın milli və mənəvi sərvətidir. Bu gün də Azərbaycanın əldə etdiyi uğurlar Heydər Əliyev siyasətinin təntənəsi kimi qəbul olunmalıdır", - deyə T.Budaqov qeyd edib. 

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO