DTX-nin Mədəniyyət Mərkəzində Heydər Əliyevə həsr olunmuş kitabın təqdimatı oldu - FOTO 

DTX-nin Mədəniyyət Mərkəzində Heydər Əliyevə həsr olunmuş kitabın təqdimatı oldu - FOTO 

Hazırda oxunan: DTX-nin Mədəniyyət Mərkəzində Heydər Əliyevə həsr olunmuş kitabın təqdimatı oldu - FOTO 
135146
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində Xalq yazıçısı Elmira Axundovanın Heydər Əliyevin təhlükəsizlik orqanlarındakı fəaliyyətindən bəhs edən “Dövlətin keşiyində” adlı kitabın təqdimat mərasimi keçirilib. 

Bizim.Media xəbər verir ki, bu barədə DTX-nin saytı məlumat yayıb. 

Bildirilib ki, tədbirdə DTX-nin əməkdaşları, təhlükəsizlik orqanlarının veteranları və onların ailə üzvləri iştirak ediblər. 

Tədbirdə çıxış edənlər Elmira Axundovanın yaradıcılığından ətraflı söhbət açıb, uzun illər ərzində Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinin tədqiqatçısı kimi dahi rəhbər barədə çoxlu sayda kitab ərsəyə gətirdiyini, bu sahədə təqdirəlayiq işlər gördüyünü vurğulayıblar. 

Sonra təhlükəsizlik orqanlarının fəaliyyətinin təbliğində göstərdiyi xidmətlərə görə DTX-nin rəisinin adından Elmira Axundovaya mükafat təqdim edilib. 

Elmira Axundova göstərilən diqqətə görə təşəkkürünü bildirib, Ulu Öndərlə bağlı xoş xatirələrini bölüşərək sözügedən nəşrin işıq üzü görməsinin dahi şəxsiyyətin dövlətçilik yolunda göstərdiyi misilsiz xidmətlərin təbliği işinə daha bir töhfə olacağına, bu kitabın Heydər Əliyev haqqında müəllifi olduğu digər kitablar kimi geniş oxucu auditoriyası qazanacağına əminliyini ifadə edib. 

Sonda kitab müəllif tərəfindən imzalanaraq tədbir iştirakçılarına təqdim olunub. 

DTX-nin Mədəniyyət Mərkəzində Heydər Əliyevə həsr olunmuş kitabın təqdimatı oldu - FOTO  - foto 1
DTX-nin Mədəniyyət Mərkəzində Heydər Əliyevə həsr olunmuş kitabın təqdimatı oldu - FOTO  - foto 2
DTX-nin Mədəniyyət Mərkəzində Heydər Əliyevə həsr olunmuş kitabın təqdimatı oldu - FOTO  - foto 3
DTX-nin Mədəniyyət Mərkəzində Heydər Əliyevə həsr olunmuş kitabın təqdimatı oldu - FOTO  - foto 4
DTX-nin Mədəniyyət Mərkəzində Heydər Əliyevə həsr olunmuş kitabın təqdimatı oldu - FOTO  - foto 5

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO