AVP Ağcəbədi rayon təşkilatının konfransı keçirildi  -Foto

AVP Ağcəbədi rayon təşkilatının konfransı keçirildi -Foto

Hazırda oxunan: AVP Ağcəbədi rayon təşkilatının konfransı keçirildi -Foto

135083
Ana Vətən Partiyası Ağcəbədi rayon təşkilatının növbəti konfransı keçirilmişdir.

Ilk olaraq Təşkilat Komitəsinin sədri Anar İsmayılov komitənin gördüyü işlər barədə hesabat vermişdir. Hesabat qənaətbəxş qiymətləndirilmişdir.

Sonra təşkilati məsələlərə baxılmış və rayon təşkilatının sədri, sədr müavini, rayon Qadınlar Şurasının və Gənclər Təşkilatının sədri, Rayon Məclisinin üzvləri, Rayon Şurası və Nəzarət Təftiş Komissiyasının üzvləri seçilmişdir.

İsmayılov Anar Asif oğlu AVP Ağcəbədi rayon təşkilatının sədri seçilmişdir.

Konfransın sonunda partiyaya yeni qoşulmuş anavətənçilərə üzvülük vəsiqələri təqdim edilmişdir.

Konfransda Təşkilat Şöbəsinin müdiri, Mərkəzi Şura üzvü Azər Quluzadə iştirak etmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO