Ölüm haqqında tibbi şəhadətnamə üçün hansı halda məhkəməyə müraciət edilir?

Ölüm haqqında tibbi şəhadətnamə üçün hansı halda məhkəməyə müraciət edilir?

Hazırda oxunan: Ölüm haqqında tibbi şəhadətnamə üçün hansı halda məhkəməyə müraciət edilir?
134433
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Vətəndaşın ölüm hadisəsi xəstəxanada baş verərsə, ölüm haqqında tibbi şəhadətnamə həmin tibb müəssisəsi tərəfindən onun yaxın ailə üzvünə təqdim olunur. 

Bizim.Media xəbər verir ki, bu barədə Bakı Baş Səhiyyə Mərkəzinin məlumatında bildirilib. 

Qeyd edilib ki, əgər ölüm hadisəsi evdə baş verərsə, Təcili və Təxirəsalınmaz Tibbi Yardım (TTTY) çağırılmalı, TTTY həkimi tərəfindən ölüm hadisəsinin təsdiqi barədə “xəbərdarlıq vərəqəsi” doldurulmalı və ərazi üzrə hüquq-mühafizə orqanlarına məlumat verilməlidir:

"Həmin “xəbərdarlıq vərəqəsi” vətəndaşın qeydiyyatda olduğu ərazi üzrə tibb müəssisəsinə təqdim edilir. Əgər ölümün səbəbi məlumdursa, həmin tibb müəssisəsi tərəfindən tibbi sənədlərə əsasən, ölüm haqqında tibbi şəhadətnamə verilir". 
"Ölüm faktı Təcili və Təxirəsalınmaz Tibbi Yardım gələnədək (yəni həkimə qədər) baş veribsə, ölümün səbəbi məlum deyilsə (şikayəti olmayıb, heç bir poliklinikaya müraciət etməyib, tibbi sənədləri yoxdur, ölüm qəfil baş verib) ölüm haqqında tibbi şəhadətnamənin alınması üçün məhkəməyə müraciət edilir", - deyə məlumatda qeyd edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO