“Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” adlı konfrans keçiriləcək

“Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” adlı konfrans keçiriləcək

Hazırda oxunan: “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” adlı konfrans keçiriləcək

134385

Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun təşkilatçılığı ilə 5-7 may tarixlərində Qubada “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” adlı konfrans keçiriləcək. 

Konfransın açılış mərasimində - saat 12.00-də Ümummilli liderin Qubadakı abidəsi önünə tər çiçəklər qoyulacaq. 

Bizim.Media xəbər verir ki, sonra Konfrans zalında məruzələr dinləniləcək.  

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konfransda AYB sədri Anar, AMEA prezidenti İsa Həbibbəyli, AYB-nin Birinci katibi Çingiz Abdullayev, Xalq şairi Sabir Rüstəmxanlı Heydər Əliyevin ədəbiyyata, bədii sözə və ədiblərə yüksək münasibəti haqqında çıxış edəcək, Ümummilli lider ilə bağlı xatirələrini, düşüncələrini bölüşəcəklər. 

Milli Məclisin deputatı Jalə Əliyeva, Xalq yazıçısı Elmira Axundova, tanınmış kulturoloq Fuad Məmmədov, Xalq şairi Vahid Əziz, yazıçı, Milli Məclisin deputatı Aqil Abbas, Azərbaycan Mətbuat Şurasının sədri, AYB sədrinin müavini Rəşad Məcid çıxışlarında Ulu öndərin ədəbiyyatımıza, ana dilimizə, yaradıcı insanlara böyük diqqət və qayğısından söz açacaqlar.

Konfransda Professor Əlibala Məhərrəmzadənin, AYB katibi Elçin Hüseynbəylinin, yazıçı-ssenarist Orxan Fikrətoğlunun, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turanın da çıxış və məruzələri dinləniləcək. 

Çıxışlar, məruzələr “Heydər Əliyev obrazının Azərbaycan ədəbiyyatında yaradan ilk irihəcmli əsər: “Unudulmaz görüşlər”im barədə”, “Heydər Əliyev dühası və Azərbaycan ədəbiyyatı”, “Heydər Əliyev və Ana dilimiz”, “Heydər Əliyev  və yeni mədəniyyət konsepsiyası”, “Ulu öndərin sənət adamlarına diqqət və qayğısı”, “Sözün qədirbiləni”,  “Heydər Əliyev və türk dünyası”, “Heydər Əliyevin ədəbi gəncliyə qayğısı” və digər mövzuları əhatə edəcək. 

İki günlük konfrans çərçivəsində AYB-nin Ümummilli lider Heydər Əliyevin 100 illiyi münasibətilə hazırladığı “Əbədi ömrün yüz ili” kitabının təqdimatı keçiriləcək. 

Əlaqə üçün: 
Ədəbiyyat Findunun Baş Direktoru 
Varis Yolçiyev 050 210 5272 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO