Nazirlik 300 nəfəri işlə təmin etdi...

Nazirlik 300 nəfəri işlə təmin etdi...

Hazırda oxunan: Nazirlik 300 nəfəri işlə təmin etdi...
134346
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti cari ilin yanvar-mart aylarında bu kateqoriyadan olan 300 nəfərədək vətəndaşı kvota üzrə iş yerləri ilə təmin edib.

Məlumata görə, həmin insanlardan 75 nəfəri əlilliyi olan şəxslər, 74 nəfəri qaçqın və məcburi köçkünlər, 62 nəfəri 20 yaşadək gənclər, 39 nəfəri yetkinlik yaşına çatmamış uşaqları tərbiyə edən tək və çoxuşaqlı valideynlərdir. 

Nazirlikdən qeyd edilib ki, digərləri müharibə veteranları, şəhid ailəsi üzvləri, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər, sağlamlıq imkanları məhdud uşaqları tərbiyə edən valideynlər,  pensiya yaşına 2 ildən az qalmış vətəndaşlardır.

Xatırladaq ki, qeyd olunan şəxslər “Məşğulluq haqqında”x9d Azərbaycan Respublikası Qanununa əsasən, sosial müdafiəyə ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar hesab edilirlər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO