Ermənistan silahlı qüvvələrinin cəbhədə atəşkəsi pozması nəticəsində mülki şəxslər arasında yaralananların sayı artıb.
Ağdamda qarşı tərəfin açdığı atəş nəticəsində daha iki dinc sakin yaralanıb.
Ağdamın Çəmənli kənd sakini, 1984-cü il təvəllüdlü Anar Abdullayev kürək nahiyəsindən, Qaradağlı kənd sakini 1985-ci il təvəllüdlü Elgiz Qarayev baş nahiyəsindən yaralanıb.
Hər iki yaralı Ağdam rayon mərkəzi xəstəxanasına çatdırılıb.(ans)
***
Ermənistan silahlı bölmələrinin atəşkəsi pozması nəticəsində bir mülki şəxs yaralanıb.
Evə mərmi düşməsi nəticəsində Ağdam rayonunun Əfətli kənd sakini, 1978-ci il təvəllüdlü Məmmədov Elnur Polu oğlu xəsarət alıb.
O, Ağdam Mərkəzi rayon Xəstəxanasına çatdırılıb.
Həmçinin ermənilərin atdığı top mərmisi Ağcabədi rayonunun Qaraxanlı kənd sakini Bərxudar Xəlilova məxsus evdə yanğına səbəb olub.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.
Qeyd edək ki, ötən gün saat 23.30-dan etibarən Ermənistan silahlı bölmələri təmas xəttinə yaxın yaşayış məntəqələrini atəşə tutmağa başlayıb.
Düşmən yaşayış məntəqələrini 122 mm çaplı D-30 tipli haubitsalardan atəşə tutur.(apa)



































































































