Naxçıvanın sabiq daxili işlər naziri Əhməd Əhmədovun əmlakı özünə QAYTARILDI

Naxçıvanın sabiq daxili işlər naziri Əhməd Əhmədovun əmlakı özünə QAYTARILDI

Hazırda oxunan: Naxçıvanın sabiq daxili işlər naziri Əhməd Əhmədovun əmlakı özünə QAYTARILDI
133305
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Naxçıvanın sabiq daxili işlər naziri, general-leytenant Əhməd Əhmədovun əlindən alınmış əmlakı özünə qaytarılıb. 

Bizim.Media "apa.az" a istinadən xəbər verir ki, söhbət Naxçıvanda "57 bazarı" kimi tanınan ərazidə yerləşən bir neçə obyektdən gedir.

Həmin obyektlər 20 ildən artıq Əhməd Əhmədovun olub, həbs olunduqdan sonra isə ondan alınıb. Lakin sözügedən əmlak Əhməd Əhmədovun cinayət işi ilə bağlı məhkəmə hökmü ilə müsadirə edilməyib, geri qaytarılması proseduru da eyni qaydada reallaşıb. 

Qeyd edək ki, 17 il Naxçıvanın daxili işlər naziri olmuş Əhməd Əhmədov 2020-ci ildə vəzifəsindən azad edilib, həmin il Bakıda saxlanılaraq həbs olunub. 

Naxçıvan Muxtar Respublika Hərbi Məhkəməsinin hökmü ilə Əhməd Əhmədov xüsusilə külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilib. 
Yuxarı instansiya məhkəmələri hökmü dəyişdirmədən qüvvədə saxlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO