Vətənpərvərlik mövzusunda film nümayiş olundu...

Vətənpərvərlik mövzusunda film nümayiş olundu...

Hazırda oxunan: Vətənpərvərlik mövzusunda film nümayiş olundu...

132750
Gənclərdə vətənpərvərlik ruhunun aşılanması məqsədilə mədəniyyət müəssisələrində keçirilən silsilə tədbirlər davam edir.

N.Nərimanov adına Mədəniyyət Mərkəzində Fariz Əhmədovun Azərbaycanın Milli Qəhrəmanı Sərdar Səfərova həsr olunmuş "Portret" filminin nümayişi keçirilib. Filmin ssenari müəllifi Esmira Əyyubdur. 
Filmin nümayişindən əvvəl mədəniyyət işçisi Felman Lazımov  çıxış edərək Azərbaycan oğullarının qəhrəmanlığından, onların Qarabağ uğrunda müharibədə göstərdikləri şücaətdən danıb. O bildirib ki, dünən olduğu kimi bu gün də Azərbaycan gəncləri- əsgər və zabitlərimiz düşmənə layiqli cavab verir, işğal altında olan torpaqlarımızın azadlığı üçün əzmlə mübarizə aparır, şəhid olub qəhrəmanlıq zirvəsinə yüksəlirlər. Xalq da öz qəhrəman oğullarını heç zaman unutmayacaq, hər zaman ehtiramla yad edəcəkdir.
Daha sonra mədəniyyət müəssisələrinin kollektivləri və tamaşaçılar “Portret”x9d filmini izləyiblər.
Corat qəsəbə mədəniyyət evində keçirilən tədbirdə qəsəbə icra nümayəndəliyi və ağsaqqalları iştirak edib, çıxış edərək öz fikirlərini bölüşüblər. 
Tədbirdə 7 saylı məktəbin şagirdlərinin ifasında vətənə və şəhidlərimizə həsr olunmuş şeirlər dinlənilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO