Müdafiə Nazirliyində mənimsəməyə görə tutulan generalla bağlı QƏRAR VERİLDİ  

Müdafiə Nazirliyində mənimsəməyə görə tutulan generalla bağlı QƏRAR VERİLDİ  

Hazırda oxunan: Müdafiə Nazirliyində mənimsəməyə görə tutulan generalla bağlı QƏRAR VERİLDİ  
131934
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Müdafiə Nazirliyinin mənimsəmədə ittiham olunan Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov, keçmiş zabitlər – nazirliyin Maliyyə idarəsinin şöbə rəisi Rafael Xələfov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmət rəisi Cəlal Kazımov, Quru Qoşunların Maliyyə idarəsinin rəisi Bayram Bayramov və Maliyyə idarəsinin zabiti Vüsal Əlizadə, Azərbaycan ordusunun Təlim-Tədris Mərkəzinin Maliyyə xidməti rəisi Rəşad Məlikzadə barəsində cari həbsdə saxlama müddəti başa çatıb. 

Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, cinayət işləri ilə bağlı ibtidai istintaq hərəkətlərinin davam etməsi ilə əlaqədar həbs müddətlərinin uzadılması üçün DTX İstintaq Baş idarəsi məhkəməyə vəsatət göndərib və Bakı Hərbi Məhkəməsi vəsatəti əsaslı hesab edib. 

Qərara əsasən, təqsirləndirilən şəxslər barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti iri həcmli iş üzrə daha 6 ay uzadılıb. 

Xatırladaq ki, təqsirləndirilən şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat-istintaq tədbirləri zamanı saxlanılıb. Onlara Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham verilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO